Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ət nə qədər ucuzlaşacaq?

Qurban bayramından sonra ət bazarında qiymətlər düşüb...

Əgər bir həftə əvvəl quzu əti 20-22, dana əti 15-16 manata təklif olunurdusa, hazırda quzu əti 18-19, mal əti isə 13-14 manata satılır.

Mütəxəssislər hesab edirlər ki, qiymətlərdəki eniş hələ bir müddət davam edəcək.

Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bir qayda olaraq Qurban bayramından sonra ət ucuzlaşır:

"Sözügedən tendensiya bu gün də davam edir. Amma ətin ucuzlaşmasını zəruri edən digər səbəblər də var. Bunun birincisi havaların kəskin istiləşməsidir. Məlumdur ki, insanlar təzə ət almağa daha çox meyil edirlər. İsti günlərdə isə əti çox saxlamaq olmur. Ət çox qalanda öz təbii rəngini dəyişir. Ona görə də satıcılar çalışırlar ki, təzə əti maksimum qısa zamanda satsınlar.

Bunun üçün də qiymətdə 1-2 manat güzəştə gedirlər ki, daha çox müştəri cəlb eləsinlər.

Digər bir səbəb odur ki, yay aylarında ət xörəklərinə maraq azalır. İnsanlar tərəvəz yeməklərinə daha çox üstünlük verirlər. Təbii ki, bu da ətin qiymətinə təsir edən ənənəvi faktordur. Burada əhalinin alıcılıq qabiliyyəti də əsas amillərdən biridir. Mal və quzu əti baha olduğu üçün insanlar daha çox toyuq ətinə üstünlük verirlər.

Ən nəhayət, Məhərrəm ayının yaxınlaşması bazara öz təsirini göstərir. Məlumdur ki, Məhərrəmlikdə və ondan sonrakı qısa müddətdə toylar olmur. Toyların olmaması da ət bazarında tələbi azaldır. Dediyimiz bu səbəblər bu gün ətin qiymətinin 10-15 faiz azalmasını zəruri edir. Bu ucuzlaşma avqustun sonu- sentyabrın əvvəlinədək davam edəcək".

Müsahib əlavə edib ki, payızda ətin qiyməti yenidən artacaq:

"Səbəbsə həm əhalinin artan tələbatı, həm də yemin bahalaşmasıdır. Məlumdur ki, may-iyun aylarında havaların yağıntılı keçməsi yem tədarükünə mənfi təsir edib. İkinci yonca çalımı yox dərəcəsindədir. Bu səbəbdən havalar soyuduqca yonca kipinin qiyməti bahalaşacaq. Bu da ətin qiymətində özünü göstərəcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - Yenilənib    

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb

Ən çox oxunanalar