Şənbə, 13 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Ermənistana onmilyonlarla avro kredit verəcək

Ermənistan hökuməti bu gün Fransa İnkişaf Agentliyindən büdcə kəsirinin ödənilməsi üçün 75 milyon avro kredit almağı təsdiqləyib...

Bu barədə erməni KİV-ləri məlumat verir.

Razılaşmanın 26 iyunda imzalanması planlaşdırılır. Kredit konkret proqramlar üçün deyil, büdcəni artırmaq üçün veriləcək. Bununla belə, kredit büdcə sisteminin təkmilləşdirilməsi şərti ilə ayırılacaq.

Bununla əlaqədar olaraq, Ermənistan Maliyyə Nazirliyi büdcə planlaşdırılmasının şəffaflığını və büdcə xərclərinin səmərəliliyini, o cümlədən dövlət satınalmalarının sisteminin təkmilləşdirilməsi yolu ilə artırmaq üçün Fransa tərəfi ilə fəaliyyət planını razılaşdırıb. Həmçinin yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi üçün yeni tədbirlər işlənib hazırlanacaq.

Eyni "hədəf" kreditin (oxşar xarakterli islahatlar gündəliyi ilə müşayiət olunur - red.) Asiya İnkişaf Bankından cəlb edilməsini də planlaşdırır.

Ermənistan Fransa və Asiya agentliklərindən bu cür kreditləri bundan əvvəl 2020-ci ilin sonunda alıb.

Bundan əlavə, Ermənistan Beynəlxalq Valyuta Fondunun "Stand-By Arrangement" proqramı çərçivəsində büdcə kreditləşməsi alır.(oxu.az)

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - Video, Yenilənib

Böyrək daşı nədən yaranır? - İndiyə qədər deyilənləri unudun...

İsraildən qalmaqallı açıqlama: Türkiyə NATO üzvü ola bilməz

Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub -Yenilənib

Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb

Ən çox oxunanalar