Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyada Lavrovun zaldan qovulmasının səbəbi açıqlanıb

Rusiyanın müdafiə və xarici işlər nazirləri Andrey Belousov və Sergey Lavrov Şimali Koreyada yerli nəzakət standartlarına görə zaldan çıxarılıb...

Poliqon xəbər verir ki, Şimali Koreyda Rusiya nazirlərinin zaldan qovulmasının səbəbini RBC-yə müsahibəsində Rusiya Milli Rabitə Mərkəzinin (protokol məktəbi) rəhbəri Olqa Kevorkova bu şəkildə izah edib.

Olqa Kevorkovanın sözlərinə görə, Rusiya və KXDR-də etiket standartları fərqlidir. Belə ki, Şimali Koreyada Rusiya rəsmiləri onlar üçün qeyri-adi yanaşma ilə üzləşiblər.

Rusiyada hər şey hazır olanda biz prezidenti (və dövlət başçılarını) zala dəvət edirik və bu zaman artıq bütün iştirakçılar artıq zalda olur, yerlərini tuturlar. Bu daha rahatdır və bizim nümayəndə heyətinin üzvləri buna öyrəşiblər. Bəzi digər ölkələrin təcrübəsində nümayəndə heyəti yalnız birinci şəxsdən sonra daxil olur”, deyə Kevorkova qalmaqalı şərh edib.

Onun sözlərinə görə, görüşlərdən əvvəl etiket məsələləri ayrıca müzakirə olunur. Bu dəfə belə olmayıb və ona görə də ruslar adət etmədikləri vəziyyətlə üzləşiblər.

Qeyd edək ki, canlı yayımın görüntülərinə əsasən, Şimali Koreya rəsmisi Rusiya nümayəndə heyətinin üzvləri danışıqlar masasında yerlərini tutmağa başlayandan sonra iclas zalını tərk etmələrini istəyib. O izah edib ki, əvvəlcə KXDR lideri Kim Çen In görüş otağına daxil olmalıdır.


Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - Yenilənib    

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb

Ən çox oxunanalar