Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qarabağ ermənilərinin liderlərinə qarşı repressiya tətbiq edə bilər?

Özünü Qarabağ ermənilərinin lideri kimi tanıdan Samvel Şahramanyan Paşinyana qarşı açıq cəbhə açıb...

Siyasi-şərhçi: “Ermənistan baş nazirinin bu sınaqdan da uğurla çıxdığını söyləyə bilərik. Şaxramanyan kimilərin onu devirməyə gücləri yetməz”.

“Doğrudur, son günlərdə Paşinyan iqtidarına qarşı bir keşişin fonunda müəyyən canlanma müşahidə olunur. Lakin, göründüyü kimi, etirazçılar istədiklərinə nail ola bilmirlər”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Samvel Şahramanyanın Paşinyana açıq cəbhə açmasını Poliqon-a şərh edərkən qeyd edib.

İyunun 13-də özünü Qarabağ ermənilərinin lideri kimi tanıdan Samvel Şahramanyan Paşinyana qarşı açıq cəbhə açıb və onları məğlubiyyətdə ittiham edən Ermənistanın baş nazirinə bildirib ki, Qarabağdakı hərbiçilərin Ermənistan Müdafiə Nazirliyinə tabe olduğunu bildirib. Eyni zamanda Şaxramanyan Ermənistan polisinə müraciət edərək etirazçılara qarşı zorakılıq etməməyə çağırıb.

Qarabağ erməniləri ilə Paşinyan arasında yaranmış gərginlik Ermənistanda siyasi konyukturaya nə qədər təsir edə bilər və Paşinyanın Qarabağ ermənilərinin liderlərinə qarşı repressiya tətbiq etməsi ehtimalı varmı?

Qeyd edək ki, son zamanlar Ermənistanda özlərini Qarabağdakı ərazilərin, rayon mərkəzlərinin merləri kimi təqdim edən şəxslər həbs edilir, onlara qarşı cinayət işləri açılır. Son olaraq dünən özünü “Stepanakert meri” adlandıran şəxsə qarşı cinayət işi açılıb.

Ermənistanda baş verən prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Qarabağ hərbçiləri də Paşinyanın nəzarətindədir. Sadəcə Şaxramanyan varlığını bu cür yollarla göstərir”.

Paşinyanın hələ bundan sonra uzun müddət hakimiyyətdə qalacağını proqnoz edən ekspert Poliqon-a bildirib, hazırda daxildə ona qalib gələcək gücdə siyasi qüvvə yoxdur:

“Paşinyanın bu addımı atacağını düşünmürəm. Çünki, hazırda buna ehtiyac da yoxdur. Onun dayaqları hələ daxildə möhkəmdir. Ümumiyyətlə, Qarabağ erməniləri faktoru əvvəlki zamanlara nisbətdə çox zəifdir. Xüsusilə, Paşinyan hakimiyyəti dövründə onların mövqeyini zəifləmək bütün yollara əl atdığının şahidi olduq. Nəticə isə göz önündədir.

Doğrudur, son günlərdə Paşinyan iqtidarına qarşı bir keşişin fonunda müəyyən canlanma müşahidə olunur. Lakin, göründüyü kimi, etirazçılar istədiklərinə nail ola bilmirlər. Hər aksiyadan aksiyaya onların sayı azalmaqdadır. Ermənistan baş nazirinin bu sınaqdan da uğurla çıxdığını söyləyə bilərik. Şaxramanyan kimilərin onu devirməyə gücləri yetməz. Ermənistan Müdafiə Nazirliyi də Paşinyana tabedir. Bu o deməkdir ki, Qarabağ hərbçiləri də onun nəzarətindədir. Sadəcə Şaxramanyan varlığını bu cür yollarla göstərir.

İstənilən halda Ermənistan daxilində gedən bu proseslər Azərbaycanın işinə tam yarayır. Arzu edək ki, daim daxildə narazılıqlar baş qaldırsın. Bütün bunlar sülh prosesini daha da sürətləndirir.

Hesab edirəm ki, Paşinyan hələ bundan sonra uzun müddət hakimiyyətdə qalacaq. Çünki, hazırda daxildə ona qalib gələcək gücdə siyasi qüvvə yoxdur. O heç bir güc tətbiq etmədən hakimiyyətini qoruyacaq. Hər halda keşişi həbs etdirmədən hələ ki, buna nail olursa, bu çox sualların cavabıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay