Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Azərbaycan siyasətini korrektə etmək istəmir, əksinə düşmən mövqeyini daha da gücləndirir...

Rəsmi Paris Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı kimi bu ölkəyə CAESAR haubitsaları verəcək...

Politoloq: “Görünür ki, Fransa Cənubi Qafqaz siyasətinə korrektə etmək niyyətində deyil və bu, bölgədə qarşıdurmanı tətikləyən faktordur”.

Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində münaqişə tamamilə sonlandırıldı. Amma Fransa rəhbərliyi bunu qəbul etmək istəmir və davamlı şəkildə münaqişəni alovlandırmaq istəyirlər”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanla Fransanın yeni hərbi əməkdaşlığını Poliqon-a şərh edərkən qeyd edib.

Fransanın müdafiə naziri Sebastian Lekornu Parisdə erməni həmkarı Suren Paikyanla görüşdən sonra bəyan edib ki, Ermənistanla müdafiə sahəsində əlaqələrin gücləndirilməsinin davamı kimi bu ölkəyə CAESAR haubitsaları verəcəklər. Son məlumatlara görə Fransa Ermənistana 36 CAESAR haubitsaları verəcək.

Bu addımı Fransa-Ermənistan hərbi əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirmək olarmı? Eyni zamanda, demək olarmı ki, Fransa Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətini korrektə etmək istəmir?

Ermənistan və Fransa münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Rəsmi Paris indi tamamilə Ermənistan tərəfindən çıxış edir, Ermənistanı silahlandırır və Cənubi Qafqazda vəziyyətin daha da qəlizləşməsinə xidmət göstərir”.

Hal-hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin getdiyini xatırladan politoloq Poliqon-a açqıalamasında qeyd edib ki, belə bir zamanda Fransanın, Hindistanın və bir neçə Avropa ölkələrinin həyata keçirdiyi siyasət Cənubi Qafqazda vəziyyəti daha da qəlizləşdirir:

“Görünür ki, Fransa Cənubi Qafqaz siyasətinə korrektə etmək niyyətində deyil və bu, bölgədə qarşıdurmanı tətikləyən faktordur. Hal-hazırda Fransanın həyata keçirdiyi siyasət birbaşa Azərbaycana qarşı yönəlib. Fransa 30 ildən çox ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində vasitəçilik etmiş dövlətdir. Buna baxmayaraq, rəsmi Paris indi tamamilə Ermənistan tərəfindən çıxış edir, Ermənistanı silahlandırır və Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə xidmət göstərir.

Bildiyimiz kimi, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində münaqişə tamamilə sonlandırıldı. Amma Fransa rəhbərliyi bunu qəbul etmək istəmir və davamlı şəkildə münaqişəni alovlandırmaq istəyirlər. Onlar məsələni Ermənistanın xeyrinə yenidən canlandırmaq üçün hərəkətə başlayıblar. Təssüflər olsun ki, rəsmi Paris dərk etmir ki, Ermənistana verdiyi silahlar sonda Bakıda Qənimətlər parkında nümayiş etdirilir. Ermənistan rəhbərliyi də bunu dərk etməlidir ki, yeni bir müharibə onlar üçün fəlakətlə nəticələnəcək.

Azərbaycan sülh gündəliyinə sadiqdir. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan dövləti ardıcıl, qətiyyətli şəkildə addımlar atır. Öz təkliflərini Ermənistana verir. Hal-hazırda da iki ölkə arasında danışıqlar prosesi gedir. Belə bir zamanda Fransanın, Hindistanın və bir neçə Avropa ölkələrinin həyata keçirdiyi siyasət Cənubi Qafqazda vəziyyəti daha da qəlizləşdirir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - Yenilənib    

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb

Ən çox oxunanalar