Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada azərbaycanlı sənətçilərin poeziya axşamı keçirilib - Fotolar 

Fransanın paytaxtı Parisdə azərbaycanlı şairə Ülviyyə Axundova və azərbaycanlı pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə poeziya axşamı keçirilib...

Fransa Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə Rus Ortodoks Mədəniyyət Mərkəzində baş tutan peziya axşamında fransalı iş adamları, mədəniyyət xadimləri, musiqiçilər və digər şəxslər iştirak ediblər.
Pianoçu Nazxanım Dadaşova şairə Ülviyyə Axundovanı müşayiət edib.

Proqrama azərbaycanlı bəstəkarlarla yanaşı dünya və rus musiqi bəstəçilərinin də əsərləri daxil edilib. Azərbaycan bəstəkarlarından Qara Qarayev, rus bəstəkarlarından Sergey Raxmaninov, fransız C.Debussinin əsərləri səsləndirilib.

Sorbona Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi, Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbinin rejissorluq ixtisası üzrə məzunu, şair, yazıçı, tərcüməçi Ülviyyə Axundova 2012-2024-cü illərdə Bakıdakı YARAT Müasir İncəsənət Mərkəzində ictimai proqramlar şöbəsinə, həmçinin kino, teatr, musiqi və ədəbiyyat sahəsində layihələrə rəhbərlik edib.

2016-cı ildə onun"Nəfəs al" və 2022-ci ildə "Çılpaq həqiqət" şeir və hekayələr toplusu nəşr olunub və Moskva, Praqa və Budapeştdə təqdim olunub.
Ü.Axundova həm də Baninin iki avtobioqrafik romanı olan "Qafqaz günləri" və "Paris günləri"nin fransız dilindən rus dilinə tərcüməsinin müəllifidir.

Nazxanım Dadaşova Mərkəzi Musiqi Məktəbinin və Moskva Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə, festivalların laureatıdır. O 2009-cu ildə “Viva Musica” müsabiqəsinin, 2012 və 2014-cü illərdə Parisdə Rubinşteyn Müsabiqəsinin qalibi olub. Adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına daxil edilib.

Fotolar

Poliqon.info 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar