Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim Azər Maqsudovun məhkəməsi başladı - Mülki iddia qaldırılıb

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb...

Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin vəkilləri vəsatətlərində mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsini qaldırıblar.

Məhkəmə heyəti müşavirədən sonra mülki iddianı icraata qəbul edib, digər vəsatəti isə təmin etməyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin olunub.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.(Report)

Poliqon.info

 

 


Etiket: Azər Maqsudov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - Yenilənib    

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb

Ən çox oxunanalar