Cümə axşamı, 27 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AYNA kasıbları taksiyə minməyə zorlayır?.. – Axşam saatlarında avtobuslar hara yoxa çıxır?

Axşam saatlarında Bakı küçələrindən avtobusların yox çıxmasından belə çıxır ki, taksi sektorunda əl yandıran yeni qiymətlər artıq bu sektorun gəlirini hiss olunacaq qədər aşağı salıb və bu narahatlıq axşamlar kasıbları məcburən də olsa taksiyə oturtmağa zorlayır...

Təqribən 3 il əvvəl Bakıya yeni taksilərin gətirilməsindən sonra bu nəqliyyaat vasitələrinin qiymətinin artırılması müzakirəyə çıxarıldı və bu müzakirələrin arxasında da Bakı Nəqliyyat Agentliyi dururdu. Elə BNA-nın bu cəhdlərinin qarşısını da qurumun şöbə müdiri Hikmət Babayev aldı. BNA rəsmisi telekanalların birində müzakirələr zamanı “Hər kəs taksiyə minməlidir? Avtobuslar var, gedin avtobuslara minin”, deyərək BNA-nın bu cəhdlərini baltaladı. BNA isə qurumun könlündəkini dilə gətirən bu məmurunu işdən qovaraq öz cəhdlərinə nöqtə qoydu.

Aradan keçən 3 ildə taksilərin qiyməti dəyişməsə də, qiymətlərin artırılması bəzi məmurlar üşün vazkeçilməyən aktuallıq olaraq qaldı. Bunun üçün taksi məfhumunu kitabdan kitaba salaraq sonunda istədiklərinə nail oldular və Baş nazir Əli Əsədov qərar verərək taksiləri kasıblar üçün əlçatamaz etdi. Yeni qiymətlərə baxarsaq, bundan sonra kasıb taksiyə, ancaq fövəqladə halalrda minə biləcək.

Yenə BNA-nın şöbə müdiri Hikmət Babayevin məşhur deyiminə qayıtmağın yeri var. O zaman adam dolayısı ilə deyil, birbaşa sual etdi ki, kasıb niyə taksiyə minir? Axı taksi kasıb nəqliyyat vasitəsi deyil? Yuxarı aşağı baxanda adama haqq vermək olur. Yəni bəzi aspektlrdə adam doğru deyirdi. Çünki kasıb da taksidə gəzirsə, bu o deməkdi ki, Azərbaycanda hamı orta sinifə aiddir və kasıb yoxdur. Baş nazir də qərar verərək bu anlaşılmazlığı ortadan qaldırdı...

Hökümətimiz taksi sisteminə Avropa qaydaları gətirdi və təbii ki, həmişə olduğu kimi, azərbaycanlların qazancı və sosial müdafiəsi ilə avropalıların qazancı və sosial müdafiəsi arasındakı yerdən göyə qədər olan fərq nəzərə almadı. Önəmli olan ölkəmizin taksi sektorunu Avropa standartlarına qaldırmaqdı ki, bu da Azərbaycanın üçüncü ölkə olmaqdan çıxarılması uğrunda hökümətimizin verdiyi mücadilədə önəmli addım kimi dəyərləndirilməlidir...

Amma Azərbaycanda bununla bağlı havadan asılı qalan bir sual da var. Kasıblar olmadan taksi sektoru mənfəətlə işləyə biləcəkmi?

Bəlkə də çoxları deyəcək ki, bu sualın cavabını vermək hələ tezdir. Amma axşam saatlarında Bakı küçələrindən avtobusların yox çıxmasından belə çıxır ki, taksi sektorunda əl yandıran yeni qiymətlər artıq bu sektorun gəlirini hiss olunacaq qədər aşağı salıb və bu narahatlıq da axşamlar kasıbları məcburən də olsa taksiyə oturtmağa zorlayır.

Qeyd edim ki, son bor həftə ərzində axşam saat 9-dan sonra avtobusların təqribən yarım saatdan bir gəlməsi adi hala çevrilməkdədir. Halbuki iyundan əvvəl, yəni taksi haqqında yeni qaydaların qüvvəyə minməsindən əvvəl avtobusların intervalı 5-7 dəqiqə arasında dəyişirdi...

Dayanacaqlarda gözləməkdən yorulan kasıb sərnişinlər isə avtobusların axşam saatlarında yoxa çıxmasını məhz onların zorla taksiyə mindirmək cəhdi kimi dəyərləndirilər. Onların nə qədər haqlı olub-olmadıqlarını isə Azərbaycan Yerstü Nəqliyyat Agentliyi bilir. Çünki avtobusları küçələrdən yoxa çıxarmaq üçün “sehirli çubuq” bu qurumun əlindədir.

Təbii ki, AYNA bütün bunların belə olmadığını söyləyə bilər və söyləyəcək də. Sadəcə bizim qurumdan xahişimiz odur ki, axşam saatlarında avtobusların hara yoxa çıxdığını öyrənib kasıblarla da söyləsin...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Deputat Tahir Mirkişinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…

Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb

Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb - Yenilənib    

“Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana gəlir

Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb

Ən çox oxunanalar