Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hürriyət: Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı sübut tapılmayıb...

Türkiyə hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı təhlükəsizlik güclərində ölkə hakimiyyətinə qarşı sui-qəsdin olduğunu təsdiqləyən dəlillər aşkar edilməyib...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhdlə bağlı xəbərdarlıq etdikdən sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə iclas keçirib. Türkiyənin daxili işlər naziri Əli Erlikaya hakimiyyətə və insanlara qarşı işləyən strukturları müəyyən etmək niyyətində olduğunu açıqlayıb. Bundan əvvəl Ankara Təhlükəsizlik İdarəsində polis əməkdaşları cinayət təşkilatı ilə əlaqədə olmaq ittihamı ilə işdən çıxarılaraq saxlanılıblar.

"Ankara Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin müstəntiqləri Serdar Serçelikin (cinayətkar təşkilatın ikinci adamı Ayhan Bora Kaplanın-red.) ifadələrində yer alan çevriliş cəhdi iddiaları ilə bağlı araşdırmalarını yekunlaşdırıb. İstintaq nəticəsində dövlət çevrilişinə cəhd ittihamlarını dəstəkləyəcək heç bir dəlil tapılmayıb", deyə hökumət dairələrinə yaxın yazar Abdulkadir Selvi qeyd edib.

Eyni zamanda, onun sözlərinə görə, mafiyanın ölkənin hakim partiyasına (AKP) qarşı əməliyyat keçirməyə cəhd etməsi ilə bağlı versiya qüvvədə qalır:

"Hazırda polis rəhbərlərinin mafiyadan istifadə edərək partiyaya qarşı dövlət çevrilişinə cəhd göstərməsi iddiası prokurorluq və müstəntiqlər tərəfindən aparılan araşdırmalarla öz təsdiqini tapmayıb. Bununla belə, mafiyanın partiyaya qarşı əməliyyat keçirməyə çalışdığı iddiası qüvvədə qalır".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar