Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hulusi Akar Yunanıstana xəbərdarlıq edib

“Biz heç bir halda hücum mövqeyində deyilik, oradakı haqlarımızı müdafiə edirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ege və Aralıq dənizindəki vəziyyət barədə danışarkən deyib.

O, Türkiyənin bütün addımlarının məntiqli və soyuqqanlı olduğunu nəzərə çatdırıb: “Biz belə davranarkən Yunanıstan təxribatçı hərəkətlər edir. Yunanıstan rəsmiləri sanki Türkiyənin Yunanıstana qarşı bir həmləsi var imiş kimi ifadələr işlədirlər, Türkiyənin işğalçı olması barədə rəy formalaşdırmağa çalışırlar. Ancaq əslində tarix də, indi baş verənlər də təcavüzkarın kim olduğunu aydın şəkildə göstərir”.

H.Akar Yunanıstan rəsmilərinin fikirlərinə sərt reaksiya verib: “Yunanıstan rəsmiləri tarixə, hüquqa və gündəlik həyata zidd olan fikirlər ortaya atırlar. Onlar insan haqlarından danışırlar. Ancaq Yunanıstan sahil mühafizəçilərinin müdafiəsiz mülki şəxslərin qayıqlarını dənizin ortasında batırmağa çalışmaları, atəş açmaları insanlıq əleyhinə böyük cinayət və vicdansızlıqdır. Belə bir mühitdə hadisələrin Türkiyəyə qarşı yönəldilməsi başa düşülən olsa da, bu, əxlaqi, hüquqi və real məsələ deyil. Bu, sırf ikiüzlülük və riyakarlıqdır”.

Qeyd edək ki, noyabrın 22-də H.Akar Türkiyə ordusunun rəhbərliyi ilə viodeokonfrans formatında müşavirə keçirib. Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı, ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Adnan Özbal, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz və milli müdafiə naziri müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar