Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumətə sürpriz təklif: Neft pullarından adambaşı 250 manat verilsin

İqtisadçı alim Qubad İbadoğlu Dövlət Neft Fondunun vəsaitləri hesabına hər bir vətəndaşa 250 manat pul verilməsini təklif edib...

Ekspert neft vəsaitlərinin cuzi bir hissəsinin adambaşına bölüşdürülməsinin sosial baxımdan da ədalətli sayır:

“Adambaşına 250 manat pul bölüşdürsək, Neft Fondunun aktivləri yalnız 3,5 faiz azala bilər.

1 aprel 2020-ci il tarixinə, Dövlət Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir. Onu adambaşına böləndə hər adama 7000 manat vəsait düşür. Hamısını əhaliyə paylamağa ehtiyac yoxdur. 10 faizini 7 milyard manatını 10 milyon əhaliyə böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər kəsə 350 manat vəsait çatar. Mən nə 10, nə də 5 faiz təklif etmirəm, təklifim budur ki, xalqın sərvəti hesabına formalaşan Neft Fonunun 3,75 faizini əhali arasında bərabər bölünsün və hər adama minimum əmək haqqı qədər – 250 manat ödənilsin. Hesab edirəm ki, bu sosial baxımdan da ədalətli təklifdir, bununla əhali gec də olsa neft və qaz adlı təbii sərvətlərə malik olduğunu həm hiss edər, həm də hazırkı çətin dövrdə ən zəruri ehtiyaclarını həmin vəsait hesabına qarşılayardı.

Odur ki, hakimiyyət bunu mümkün qədər tez etməlidir. Onsuz da Fondun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyər itirir. İzləsək, 3 aydan sonra görəcəyik ki, Neft Fondu ən azı 5 milyard manat itirib, bunu itirməkdənsə xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma deyilmi?

Siz necə fikirləşirsiniz?”(aztoday.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ən çox oxunanalar