Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökmdarlardan da böyük hakimiyyətə sahib olan aşağı səviyyəli din adamı

Xameneinin bu günkü mövqeyi “fars hökmdarlarını belə qısqandıracaq” vəziyyətdədir...

Borzou Daragahi
“The Independent” qəzeti, ABŞ

Şeirə və ədəbiyyata marağı olan bir uşaq birdən-birə böyük şəhərin gəncinə çevrildi. Amma qatı dindar olan atası buna icazə verməzdi. Fiziki şiddət göstərən ata ikinci oğlunun ölkədə gedən siyasi və intellektual canlanmadan uzaqda, dini məktəbdə Tanrının yolu ilə getməsini istəyirdi.

Böyük qardaşı şəhərdəki hüquq karyerasına davam edərək atasına meydan oxuyur, lakin mülayim, eynəkli gənc isə atasının tələblərinə boyun əyirdi. Özü şəxsən Məşhəd şəhərində keçən uşaqlığı barədə danışarkən deyirdi ki, dini məktəblərə xas xalatını uşaqlar məsxərəyə qoyurmuşlar.

Lakin hal-hazırda İranın dini lideri olan Əli Xamenei axırda atasının təzyiqlərindən qaçmağın bir yolunu tapıb.

Əsl ad günü aprel ayında olsa da, rəsmi məlumatlara görə, Əli Xameneinin keçən həftə 80 yaşı tamam olub.

Xamenei, həmçinin, 8 illik prezidentlikdən sonra, keçən ay könülsüzcə apardığı İran liderliyində də 30-cu ilini tamamlayıb. Vəzifədə olduğu müddətdə 6 ABŞ prezidenti, 6 İngiltərə prezidenti və 4 Səudiyyə kralı görüb. Təkcə Orta Şərqdə Oman sultanı Kabus ibn Səid əl Səid uzun müddət hakimiyyətdə qalıb. Bu zaman ərzində Xamenei ətrafındakı bölgə ilə birlikdə ölkəsini də tamamilə dəyişdirib. Bu günün Orta Şərqi bir çox cəhətdən Xameneinin əsəridir.

St. Andrews Universitetində İran tarixi sahəsində işləyən Əli Ənsari: “Xamenei indi öz ofisində fars hökmdarlarının belə qısqanacağı bir siyasi hakimiyyətə sahibdir”, deyir:

“Heç bir müasir fars hökmdarının xəyal edə bilməyəcəyi qədər böyük bir dini hökmranlığa sahibdir. Hər şeydə son sözü o deyir”.

Elm adamları Xameneini müasir İranın memarı kimi görürlər. Dini liderliyi ələ aldıqdan sonra düşməni öz zəif nöqtələri ilə vurmaq bacarığı ilə yanaşı, həm də ölkənin bölgədəki nüfuzunun böyüməsinə səbəb olub.

Dini lider barədə bir kitab yazmaqda olan və Vaşinqtonda yaşayan Mehdi Haleci deyir: “Xameneini “qurumların adamı” adlandırıram. Çünki bu günkü formada İran qurumlarını o yaradıb”.

İran İnqilabı Keşikçilərinə bu günkü güclərini verən də Xamenei idi. Rəhbərliyin səlahiyyətləri zəiflədib, ölkənin seçilmiş qurumlarına nəzarət edən müxtəlif şuralar yaradıb və bunları təkmilləşdirib. Şah dönəmində başlayan nüvə enerji proqramını davam etdirmək qərarını və İİK-nı beynəlxalq bir şəbəkə yaratmağa sövq edən də o idi.

İndi də o, öz ofisində fars hökmdarlarının qısqanacağı siyasi hökmranlığa sahibdir.

Yüzlərlə mədəni, sosial, iqtisadi, siyasi və hərbi qurum yaradıb və şiə dindarlığını yenidən quraraq Orta Şərq və Cənubi Asiyaya qədər yayılan qədim bir şəbəkəni Tehranda təsirli bir gücə çevirib.

Haleci: “Ən böyük uğurlarından biri dini qurumları bütünlüklə modern və bürokratik hala gətirərək yenidən formalaşdırmaqdır. İrandakı dindarların və Orta Şərqdəki şiə məzhəbinin təbiətini dəyişdirdi”.

Bunları həyata keçirərkən ən böyük gücü isə onu aşağı görən güclü siyasi fiqurlara həsəd aparması idi. Xameneinin tez-tez “qlobal təkəbbür” adlandırdığı ABŞ da onu aşağı görənlərdən biridir.

Dini liderə yaxın olan şəxslərlə görüşən Haleci: “İranın heç vaxt tam olaraq qəbul edilməməsi və dünya sistemi ilə bağlı olan problemləri onun dərin şəxsi problemləri ilə bağlıdır”, deyir.

Xameneinin yetkinlik dövrü II Dünya müharibəsi və Baş nazir Məhəmməd Müsəddiqin milliyətçi hökümətinin devrilməsi və ABŞ-ın dəstəyi ilə baş tutan çevriliş dönəminə, yəni 1950-60-cı illərə təsadüf edir. Hökümətin devrilməsi Şah Məhəmməd Rza Pəhləvinin iqtidarını gücləndirərkən, digər tərəfdən də bütün nəsil boyunca iqtidarına qarşı çıxan solçular və islamçılar yaratmışdı. Bir dindarın oğlu kimi Xamenei hər iki çevrəyə yaxın olsa da, heç biri tərəfindən tam qəbul edilməyib.

Haleci: “Ədəbi mühitə yanaşır, şeiri və sənəti sevirdi və özünü heç vaxt tipik bir dindar kimi təqdim etmirdi. Problem isə o idi ki, əgər dindar xalatı geyinirsinizsə, intellektuallar sizi heç vaxt aralarına qəbul etməzlər. Həmçinin, dindarların da yanına gedib Xamenei kimi danışsanız, dinlar da sizi qəbul etməzlər”.

O dönəmdə İranın intellektual çevrələrindəki Amerika nifrətindən təsirlənən Xamenei bu gün də eyni formada davam edir. Nəticədə, 1979-cu il inqlabının lideri Ayətullah Ruhullah Xomeyninin dəstəkçilərinə qoşularkən heç bir zaman liderin ən güclü və ön planda olan köməkçilərindən biri olmayıb. Əvvəldən bəri dindən çox siyasətə meyil göstərirdi. Dünya praktiki cəhətdən böyük hegemon qüvvələr tərəfindən idarə olunur və bu qüvvələr özlərini dünyanın sahibi hesab edirdilər.

Ənsari: “Çox da səs-küy salmadı. Həmin vaxt da, indi də aşağı səviyyəli bir din adamı olub”.

Xameneini iqtidarın dərinliklərinə salan Tehrandakı bir cümə namazı vaizindən İslam respublikasının ilk aylarında Müdafiə nazirinin müşaviri vəzifəsinə yüksələn, ağ sarıqlı dindar və Xomeyninin sevimlilərindən olan Əli Əkbər Rəfsəncani idi.

İran-İraq münaribəsinin ön cəbhəsində keçirilən bir ziyarətdən sonra Xamenei məsciddə çıxış edirdi. Orada bir səsyazma cihazının içində bomba gizlədilmişdi. 1981-ci ildə Tehrandakı sui-qəsddən sağ çıxmışdı, lakin bunun əvəzində artıq sağ əlindən istifadə edə bilmirdi. Bir neçə ay sonra isə o İran prezideni oldu. BMT-nin Baş Məclisi qarşısında çıxış edərkən inqlabın möhtəşəmliyini qeyd edir, Fələstindəki və Aparteid dönəmində Cənubi Afrikadakı xalq mübarizəsini xüsusilə vurğulayırdı:

“Bu gün dünya praktiki olaraq böyük avtoritar qüvvələr tərəfindən formalaşdırılır və bu qüvvələr özlərini dünyanın sahibi kimi görürlər. Dünya hazırda 2 yerə bölünüb: Hegemon olanlar və üzərində hegemoniya qurulanlar”.

Hər ikisi də Qərbdə təhsil almış olan Həsən Ruhani və Xarici İşlər Naziri Cavad Zərifdən fərqli olaraq, Xameneinin Qərbə heç bir meyilliliyi yox idi və İran İnqlabı Keşikçiləri ilə əlaqə saxlayaraq İran-İraq cəbhələrini ziyarət etməyə davam edirdi. Haleci: “Hərbi strategiyalar və taktikalarla çox maraqlanırdı”. Bu maraq ona sonradan çox fayda vermişdi.

Rəfsəncaninin xatirələrinə görə, Xomeyninin 1989-cu ildə ölməsi ilə Xameneinin dini lider seçilməsindən bir neçə ay sonra xüsusi bir görüşdə darıxdığını və az məşğuliyyəti olduğundan şikayət edirmiş.

Bu, bir planın sonu idi. Xameneinin yüksəlişi Prezident Rəfsəncaninin və digərlərinin əziyyətinin nəticəsi idi. İnanırdılar ki, o, meydan oxuya bilməyəcək və zəif, simvolik bir lider kimi qalacaq. Lakin o, hər birindən üstün olmuşdu. Bunun əsas səbəbi də İİK ilə ortaqlıq yaratması idi.

O vaxtlar İran-İraq müharibəsi başa çatdıqda bir çoxları ümid edirdi ki, silahlı qüvvələrin paralel qolları davamlı şəkildə orduda iştirak edəcəklər. Lakin Xameneinin başqa fikirləri var idi. Təkcə İİK ilə qalmamış, eyni zamanda, onları siyasətə və ticarətə girməyə təşviq etmiş və könüllü olaraq Bəsic hərbi təşkilatının gücünü Keşikçilərin məhəllələrdə və qəsəbələrdəki qolları kimi genişlənmişdi. Həmçinin, kəşfiyyat və müşahidə şəbəkələrini genişləndirib, dəniz vasitəsilə əməliyyatlar aparan Qüds qüvvələrinin Orta Şərqə yayılmasını təmin etmişdi.

Xameneinin həyatını araşdıran Çattanoqadakı Tennessee Universitetinin professoru Səid Qolkar: “Xamenei dini və ya siyasi fikirlərində çox da böyük bir innovasiyaya malik deyildi. Fikirləri daha çox təhlükəsizlik və hərb sahəsinə aid idi”.

Digər gücü isə iqtidara gələndən bəri İranın rejim dəyişikliyinə qarşı investisiya qoyduğu nüvə proqramı idi. Dini lider olmadan əvvəl getdiyi xarici ölkələr içində 1989-cu il Şimali Koreya da var idi. Səyahət əsnasında: “Böyük ölkələr inkişaf etməkdə olan ölkələri təhdid edirsə, inkişaf etməkdə olan ölkələr də onları təhdid etməlidir”, demişdi.

Ənsar deyir ki, hər kəs İranın nüvə vasitəsilə rejimi hər cür dağıntıdan xilas edəcəyinə inanırdı. Yenə də dini liderdliyinin ilk 10 ilində Xamenei Rəfsəncaninin liderliyində arxa planda, səssiz bir fiqur kimi qalmışdı. İqtidara yüksəlməsi islahat tərəfdarı olan Məhəmməd Hatəminin 1997-ci il seçkilərində əzici bir üstünlüklə prezident seçilməsindən sonra başlayıb.

Xalqın tələblərinə cavab verən Hatəmi siyasi azadlıq və müstəqil media üçün çağırışlar etməyə başlamışdı. Ölkənin mədəni və siyasi həyatı böyüdükcə bir növ “Tehran baharı” başlandı.

1999-cu ildə baş tutan tələbə etirazları ilə qatı mühafizəkarlar əzildi. Lakin Xamenei seçilmiş islahatçı məclis liberal bir media qanunu qəbul etmək istədikdə bir despot kimi ortaya çıxdı.

Ənsari: “Məclis rəhbərinə bir məktub yazaraq bunun baş tutmayacağını bildirib. Bunun islahat layihəsinin qurulduğu dönəmdə atılmış kritik bir addım olduğunu görə bilərik. Qanunları Məclisin qəbul etmədiyini konkret şəkildə orta qoydu.”

Qatı mühafizəkarlara qarşı olan kütləvi xalq müxalifəti Xamenei və İİK arasındakı əlaqəni gücləndirmişdi. Uzun illər sönük biri kimi gözardı edildikdən sonra qatı mühafizəkarlar ətrafında toplana biləcəkləri bir bayraq daşıyan, dini lider fiquru yaratmağa başladı.

Dəstəkçiləri onu Tanrının dünyadakı siması olaraq sarsılmaz və müqəddəs hesab edən xameneizm dalğası yaradırdı. O dönəm müşaviri olan Mahmud Əhmədnejadın qalmaqallı şəkildə yenidən seçilməsi ilə başlayan 2009-cu il etirazları qatı mühafizəkarları İİK-nı və Xameneini bir-birinə dəstək olmağa təşviq etmişdi.

Qatı amansız bir ailədə böyüyən Xameneinin onsuz da əvvəldən qatı meyilləri var idi, lakin bu meyillər daha da güclənmişdi.

Ənsari: “Əgər insanlara oraya ilahi bir lütflə gəldiyinizi deyirsinizsə, axırda özünüz də buna inanacaqsınız”.

İranın dini lideri ABŞ-ı: “Əsl gücləri göstərdikləri gücdən daha zəifdir”, deyərək qiymətləndirir.

Xamenei bu gün zəif rəqiblər, gülməli xarici müxalifət və Orta Şərqin demək olar, hər ölkəsində mövcud olan və xaricdə də əməliyyatlar keçirə bilən bir təhlükəsizlik sistemi sayəsində güclənib. Xamenei, həmçinin, İran, Livan, İraq, Suriya, Yəmən və Əfqanıstandakı nüfuzunu da genişləndirib. Petro-dollarlardan istifadə edərək bir zamanlar yarı dindarlara vəzifə verərək və Tehran və Qumun gücünə qarşı çıxanları kənarlaşdıraraq İranı şiə məzhəbinin mərkəzi etdi. Lakin 40 ildir Orta Şərqdə güclü bir fiqur olmaqla yanaşı, hələ də öz sirrini qorumağa davam edir.

Haqqında ingiliscə yazılmış bir dənə də ciddi kitab yoxdur və farsca olanlar da, əsasən, təsdiqlənmiş bioqrafiya xarakteri daşıyır. İranda keçirilmədikcə heç bir beynəlxalq konfransda iştirak etmir. Akademiklərə, sənətçilərə, siyasətçilərə və elm adamlarına tez-tez nəsihət versə də, yerli və ya beynəlxalq mediaya heç vaxt açıqlama vermir.

Hökumətin 2015-ci ildə ABŞ-la müzakirə etdiyi nüvə sazişi belə vasitəçilərin köməyi ilə və mediadan gizli şəkildə aparılmışdı. Donald Tramp və Şimali Koreya lideri Kim Çen İndən fərqli olaraq, prezident Barak Obama və Xameneinin, hətta prezident Ruhaninin belə birlikdə şəkli yoxdur.

Qolkar: “Sirli və kənarda olmağı sevir. 30 ildən çoxdur ki, strategiyası budur.”

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar