Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan-Çin sərhədində növbəti gərginlik yaşandı

Çin hərbçiləri hindistanlı sərhədçiləri saxlayıb, daha sonra azad edib...

PİA.az xəbər verir ki, bu barədə “NDTV” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə iki ölkə arasında yerləşən Ladakx adlı yüksək dağlıq regionda baş verib. Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər, lakin sonradan geri qaytarıblar. Gərgin vəziyyət Hindistan və Çin komandanlığının nümayəndələri arasında baş tutan görüşdən sonra stabilləşib.

Buna baxmayaraq, Hindistan Çin ilə sərhədi əvəz edən Ladaxdakı nəzarət xəttinə bir neçə piyada batalyonu göndərib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

Xatırladaq ki, mübahisəli ərazliərə görə Hindistan və Çin arasında ilk silahlı qarşıdurma 1962-ci ildə qeydə alınıb. Rəsmi Pekin indiyə qədər Hindistanın Arunaçal-Pradeş ştatında 3,5 min kv.km. əraziyə iddia edir. Rəsmi Dehli isə Çini Cammu və Kəşmir ştatlarında 43 min kv km. ərazini qanunsuz işğal etməkdə günahlandırır.

Son illərdə iki ölkə arasındakı ən ciddi qarşıdurma, 2017-ci ilin yayında, Çindən gələn işçilər Çin, Hindistan və Butan sərhədlərinin yaxınlığında yerləşən dağlıq ərazidə, mübahisəli Doklam yaylası üzərindən magistral yol çəkməyə başladığı zaman meydana gəlib.

Butan hakimiyyəti buna etiraz etsə də, Çin tərəfi bu etiraza səssiz yanaşıb. Ancaq Hindistan məsələyə müdaxilə edərək qoşunlarını həmin əraziyə cəlb etmişdi. Qısa atışmadan sonra Çin hərbi qüvvələrini yayladan çıxarmışdı.

Bir neçə ay ərzində aparılan siyasi məsləhətləşmələrdən sonra Hindistan və Çinin xarici işlər orqanları Doklama bölgəsində qüvvələrin yerləşdirilməsi barədə razılığa gəldiklərini açıqlamışdılar.(Report)

pia.az


Etiket: Çin Hindistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar