Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi-ekspert: “Sərhəd təxribatlarını rus sülhməramlılarının özləri yaradır”

Qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması intensivləşib...

Azad İsazadə: “Mən istisna etmirəm ki, erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun mövqelərinin atəşə tutluması təxribatını rus sülhməramlılarının özü yaradır”.

“Rus sülhməramlıları istəsəydilər Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrini çoxdan tərkisilah edə bilərdilər”.

Bu sözləri hərbi-ekspert Azad İsazadə son günlər ordumuza qarşı sərhəddə artan təxribatların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması intensiv xarakter alıb. Rusiya sülhməramlılarının bu təxribatların qarşısını almaması nədən xəbər verir? Qanunsuz silahlı dəstələr sülhməramlıların təhriki ilə təxribatlara əl atması ehtimalı ola bilərmi?

Rus sülhməramlılarının növbəti özbaşınalığını PİA.az-ın əməkdaşı hərbi-ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “İndi rus sülhməramlılarına Qarabağda qalmaq üçün əsas lazımdır”.

Rus sülhməramlılarının Azərbaycan ordusuna qarşı erməni təxribatlarını gördüklərini vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, ordumuza qarşı olan təxribatları elə rus sülhməramlılarının özləri yaradırlar:

“Birincisi, mən istisna etmirəm ki, erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun mövqelərinin atəşə tutluması təxribatını rus sülhməramlılarının özü yaradır. Çünki indi rus sülhməramlılarına Qarabağda qalmaq üçün əsas lazımdır. Bu əsası da onlar sərhəddə qeyri-sabitlik yaratmaqla, erməni silahlılarına Azərbaycan ordusuna atəş açmağa şərait yaratmaqla qazanmaq istəyirlər.

Rus sülhməramlıları istəsəydilər Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrini çoxdan tərkisilah edə bilərdilər. Bu zaman da nə Azərbaycan üçün, nə də orada yaşayan ermənilər üçün təhlükə olmazdı. Belə olan şəraitdə də həm Ermənistan, həm də Azərbaycan yavaş-yavaş sülh prosesinə davam edə bilərdilər.

Rus sülhməramlıları görürlər ki, erməni silahlıları Azərbaycan ordusuna təxribat edir, amma heç nə etmirlər. Bir daha qeyd edim ki, düşünürəm ki, ordumuza qarşı olan təxribatları elə rus sülhməramlılarının özləri yaradırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay