Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi-ekspert: “Qisas əməliyyatı”nın üçüncü mərhələsinin həyata keçirilməsi mümkündür...

Son zamanlar separatçıların aktivləşməyi və Ermənistanın da onlara yenidən dəstək verməsi rəsmi Bakını antiteror əməliyyatlarına məcbur edir...

Ədalət Verdiyev: “Azərbaycan bir çox məsələlərdə, o cümlədən Qarabağ məsələsində təbii ki, beynəlxalq vəziyyəti və digər faktorları nəzərə alır”.

Azərbaycan tərəfi daha adekvat addımlar atmaq məcburiyyətindədir”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev rəsmi Bakını antiteror əməliyyatlarına məcbur edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın separatçılara qarşı Xankəndidə əməliyyat keçirməsi real ssenaridir. Əslində “Qisas - 1” , “Qisas- 2” əməliyyatları prinsip etibarilə eyni motivdə idi. Son zamanlar da separatçıların aktivləşməyi və Ermənistanın da artıq onlara yenidən dəstək verməsi kimi faktlar rəsmi Bakını antiteror əməliyyatlarına məcbur edir. Bəs hazırkı geosiyasi vəziyyət buna uyğundur?

Mövzunu Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: ““Qisas əməliyyatı”nın növbəti mərhələsinin həyata keçirilməsi üçün kifayət qədər ciddi əsaslarımız var”.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, öz silahlı birləşmələrini hələ də Azərbaycan ərazilərindən çıxarmadığına nəzər salan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu silahlı birləşmənin Azərbaycan ərazisindən çıxarılmasına Rusiya sülhməramlı kontingenti nəinki səy göstərmir, əksinə erməni silahlılarının Qarabağda qalmasının zəmanəti təminatçısı kimi çıxış edirlər:

Azərbaycan bir çox məsələlərdə, o cümlədən Qarabağ məsələsində təbii ki, beynəlxalq vəziyyəti və digər faktorları nəzərə alır. Amma qərarları müstəqil olaraq verir.

Əminəm ki, “Qisas əməliyyatı”nın növbəti mərhələsinin həyata keçirilməsi üçün kifayət qədər ciddi əsaslarımız var. Çünki son “Qisas əməliyyatı” ilə Azərbaycan beynəlxalq ictimaiyyətə sübut etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, öz silahlı birləşmələrini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb. Bu silahlı birləşmənin Azərbaycan ərazisindən çıxarılmasına Rusiya sülhməramlı kontingenti nəinki səy göstərmir, əksinə erməni silahlılarının Qarabağda qalmasının zəmanəti təminatçısı kimi çıxış edirlər. Hətta deyə bilərm ki, Rusiya sülhməramlıları belə bir zəmanəti separatçılara və Erməmistana verib.

Belə olan halda, Azərbaycan tərəfi daha adekvat addımlar atmaq məcburiyyətindədir və bu addımların arasında eyni zamanda təmizləmə əməliyyatının yaxud da “Qisas əməliyyatı”nın növbəti, üçüncü mərhələsinin həyata keçirilməsi də mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar