Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi attaşelər erməni hərbiçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb

Avqustun 15-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib...

Azərbaycan Müdafiə Nazirliyindən Poliqon-a verilən xəbərə görə, brifinqdə son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib.

Bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycan Respublikasına reinteqrasiyasını daha da sürətləndirəcəkdir.

Həmçinin, Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması faktları tərəfimizdən qeydə alınıb.

Bu kimi təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə çatdırılıb.

Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin bu kimi fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb.

Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar nümayiş olunub və nümayəndələri maraqlandıran suallar cavablandırılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq

Ən çox oxunanalar