Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS girov müqaviləsi ilə razılaşa bilər

HƏMAS İsrailin quru əməliyyatının təzyiqi altında girov müqaviləsi ilə razılaşa bilər...

Poliqon xəbər verir ki, bu barədə İsrailin The Jerusalem Post qəzeti diplomatik mənbəsinə istinadən yazır.

Xəbərdə bildirilir ki, HƏMAS tərəfindən saxlanılan 240-dan çox girovdan çoxu hələ də sağdır. Nəşrin mənbəsinin sözlərinə görə, istənilən atəşkəs razılaşması əslində müvəqqəti xarakter daşıyacaq və daha çox pauza kimi olacaq. Eyni zamanda, belə bir fasilə yalnız bütün girovlar HƏMAS tərəfindən azad edildikdə baş verə bilər.

Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət pisləşib. İki yüzdən çox insan əsir götürülüb. Həmin gün HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar