Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkimin qorxudan əlləri əsib, Kim Çen In-ın ürəyi dayanıb...

Şimali Koreya lideri Kim Çen Inın vəziyyəti barədə ziddiyətli məlumatlar gəlməkdə davam edir...

Ötən gün Çin və yapon mənbələri rəhbərin vegetativ vəziyyətdə olduğunu, hətta öldüyünü xəbər veriblər.

Yaponiyanın “Shukan Gendai” jurnalı isə Çinin səhiyyə dairələrindəki mənbəyə istinadən Kim Çen Inın ürəyində aparılan təcili əməliyyatın bəzi təfərrüatlarını yazır. Bildirilir ki, onun ürəyini əməliyyat edən əyalət həkimi manipulyasiyanı vaxtında başa çatdıra bilməyib.

Mənbənin bildirdiyinə görə, Şimali Koreya lideri ölkə daxilində növbəti səfəri zamanı özünü pis hiss edib, onu yardım göstərmək üçün yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Eyni zamanda Çinə ixtisaslaşmış həkim briqadasının göndərilməsi üçün təcili xahişlə müraciət edilib.

Kim Çen Inın vəziyyəti o dərəcədə təhlükəli olub ki, onun ürək qan damarlarına stent qoyulması əməliyyatını yerli həkimə etibar etməli olublar. Həmin əməliyyat mürəkkəb deyil və təxminən 1 dəqiqə ərzində başa çatdırıla bilər. Lakin mənbənin sözlərinə görə, cərrah o qədər həyacanlanıb və qorxub ki, sözün əsl mənasında əlləri əsib. Bundan əlavə onun kök adamlar üzərində belə əməliyyatlar aparmaq təcrübəsi olmayıb. Nəticədə o, stent qoyulması əməliyyatını 8 dəqiqəyə başa çatdıra bilib və Şimali Koreya lideri “vegetativ vəziyyətə” düşüb.

Şimali Koreya dövlət KİV-ləri isə Kim Çen Inın “fəal işlədiyi” barədə məlumat yayır. Cənubi Koreyanın Yonhap agentliyinin bildirdiyinə görə, Şimali Koreya radiosu xəbər verib ki, Kim Çen In Samçijyon şəhərinin yaradılmasına kömək edən fəhlə və əməkdaşlara təşəkkür edib. Lakin rəhbər bu təşəkkürü hansı formada çatdırıb, o haqda heç nə deyilmir.

Bundan əlavə Şimali Koreyanın Mərkəzi teleqraf agentliyi ötən gün aprelin 25-də xəbər verib ki, rəhbər Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanovdan Kim Çen Inın Rusiyaya səfərinin ildönümü ilə bağlı təbrik teleqramı alıb.(virtualaz.org)

pia.az


Etiket: Kim Çen In


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Ən çox oxunanalar