Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim: Azərbaycanda təhlükə sovuşmayıb

Azərbaycanda əhalinin böyük əksəriyyəti peyvəndlənib...

"Azərbaycanda koronavirus pandemiyası davam etdiyindən təhlükə sovuşmayıb".

Bunu "Report"a açıqlamasında həkim-infeksionist Aytən Ziyadova deyib.

O bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir: "Bu isə təhlükənin sovuşmadığından xəbər verir. Bu səbəbdən profilaktik tədbirlərə əməl edilməsi çox vacibdir. Karantin rejiminin uzadılması da məhz bununla əlaqədardır. Çünki mövsümlə əlaqədar digər infeksion xəstəliklər müşahidə olunur. Onlar arasında tək-tək olsa belə, koronavirus müşahidə ediləcək. Bu səbəbdən istər uşaqlar, istərsə də böyüklər kliniki əlamətlərə qarşı diqqətli olmalıdırlar. Hərarətin davamlı olduğu, sümük ağrılarının şiddətli olduğu tədqirdə test edilməli, koronavirus olub-olmaması dəqiqləşdirilməlidir".

Həkim qeyd edib ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti peyvəndlənib: "Lakin peyvənd olunamayanlar və ya tam peyvəndlənməyənlər hələ də qalmaqdadır. Onlar da mütləq peyvənd olunmalıdırlar. Eyni zamanda, bəzi insanlar xüsusilə diqqətli olmalıdırlar. Daim immunitetlərini yaxşı tutmalı, sağlam qidalanmalıdırlar. Onlar qapalı mühitlərdə maska istifadə etməlidirlər".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Ən çox oxunanalar