Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdə olan sabiq icra başçısı kassasiya şikayətini geri götürüb

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib...

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb.

Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub.

Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar