Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Harri 16 yaşında bakirəliyini itirib - Şahzadənin ilk qadını mərhəm detalları açıqlayıb…

Şahzadə Harri xatirələrində ilk seksindən danışsa da, ortağı olan qadın haqqında çox az danışıb…

Şahzadə Harrinin bakirəliyini itirdiyi qadın bu aktın mərhəm detallarını açıqlayıb. Məlum olub ki, o zaman kraliça II Yelizavetanın nəvəsinin 16 yaşı varmış.

Şahzadə Harri xatirələrində ilk seksindən danışsa da, ortağı olan qadının kim olduğunu deməyib. PİA.az xəbər verir ki, buna görə şahzadənin ilk seksini yaşadığı qadın Daily Mail nəşrinə hər şeyi özü danışmaq qərarına gəldi.

Qeyd edək ki, şahzadə Harri bakirəliyini “yaşlı qadınla” itirdiyini yazıb. Ancaq onun birincisi olan Saşa Uolpol Daily Mail nəşrinə açıqlamasında qeyd edib ki, onların cinsi əlaqəsi zamanı onun 19, II Yelizavetanın nəvəsinin isə 16 yaşı olub.

O zaman Uolpol kraliyyət ailəsinin atları ilə məşğul olurmuş. Qadının sözlərinə görə, “kortəbii və qəfil” seksə səbəb olan ilk addımı Şahzadə Harri atıb. Onlar pivə içdikləri kafenin yaxınlığındakı tarlada ehtirasla sekslə məşğul olublar.

Uolpo həmin gün ad gününü qeyd edirmiş. Şahzadə Harri ilə dostluq edib və onu paba dəvət edib. Şahzadə ona yumşaq oyuncaq və məzəli bir açıqca hədiyyə edibOnlar içib sərxoş olublar və II Yelizavetanın nəvəsi siqaret çəkmək istəyib. Lakin bunun üçün mühafizəçilərdən qaçmalı idi. Buna görə də onlar gizlicə kafeinin yaxınlığıdakı tarlaya qaçıblar.

Orada şahzadə Harri onu öpməyə başlayıb. Uolpol qeyd edib ki, bu, çox ehtiraslı bir an idi.

“Bu iki dost arasında ani, alovlu, bam bam idi. Bu qığılcım kimi bir şeydi və biz bunu etməli deyildik. O, mənim üçün şahzadə Harri deyildi, dostum Harri idi və ö gün işlər gözlənilməz istiqamatdə inkişaf elədi. Mənə elə gəlir ki, bu, tabu idi, o mənada ki, baş verməməli idi. Biz bunu etməyəcəkdik və bu, qəsdən deyildi və mən onun bakirə olduğunu da bilmirdim. Heç bir bakirə təəssürat yox idi və o, nə etdiyini bilirdi. Sürətli, vəhşi, həyəcanlı idi. İkimiz də sərxoş idik. Biz sərxoş olmasaydıq, bu baş verməzdi”, deyə Uolpol Daily Mail-ə bildirib.

Hazırda Saşa Uolpol artıq kral atlarına baxmır. O, ekskavator sürür və iki övladı var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar