Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür...

Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir.

Hansı yeməklərin bişirildikdən dərhal sonra yeyilməli olduğunu təqdim edirik:

Şorba

Mütəxəssislər şorbaları bişirdikdən qısa müddət sonra istehlak etməyi məsləhət görür. Buna səbəb isə tərkibindəki inqridientlərin bişdikdən sonra orqanizmə ziyan vura biləcək tərkibə çevrilməsidir.

Düyü

Dünəndən qalma düyü yeməyi, düyü tarlalarından gələn və hətta bişirildikdən sonra da sağ qala bilən toksin istehsal edən “Basilus cereus” bakteriyalarına ev sahibliyi edə bilər.

Salatlar

Stafilokok kimi bakteriyalar xəfif yeməklərin və qəlyanaltıların əsası olan qidalarda böyüməyi sevirlər. Bu səbəbdən otaq temperaturunda təzə görünməyən salatlardan uzaq durmaq daha yaxşıdır.

Hamburger

Qiymədən hazırlanan burgerlərdə ət qarışdırılaraq hazırlandığı üçün tək bir mikroblu hissə bütünlüklə yayıla bilir. Qəribədir ki, yeyə biləcəyiniz ən təhlükəsiz burgerlər, yəqin ki, fast-food şəbəkələrində hazırlananlardır. Çünki bu restoranlarda qida vasitəsilə yoluxan xəstəlikləri minimuma endirmək üçün nəzərdə tutulmuş sistemlərdən istifadə edilir.

Süd

Yoluxmuş bir heyvan və ya ətraf mühit südü asanlıqla çirkləndirə bilir. Pasterizasiya bakteriyaları öldürür. Lakin çiy süd və pendir emal olunmadığı üçün risklidir.

Kartof qızartması

Folqa ilə örtülmüş kartofunuzu sobadan çıxdıqdan sonra iki saat ərzində soyuducuya qoymasanız, hava keçirməyən folqa içərisində yavaş-yavaş soyumaq botulizm riski yaradır ki, bu da sizin ciddi xəstələnməyinizə səbəb ola bilər.

Pomidor

Pomidorlar tarlalardan yığıldıqdan sonra ölçüsünə və rənginə görə çeşidlənmək üçün su çənlərinə qoyulur. Və bu su çənləri çirklidirsə, pomidor suyu özünə çəkir və nəticədə bakteriyalarla dolur. Bakteriyaların böyüməsini minimuma endirmək üçün pomidorları kəsdikdən sonra bir neçə saat ərzində soyuducuya qoymalısınız.

Qovun

Bakteriyalar qovun kimi nəmli qidaları sevirlər. Bostan bitkisini kəsdikdən sonra, toxumlarını çıxarmaq və doğramaq lazımdır. Ancaq bu halda onu saxlamaq zərərsizdir.(oxu.az)

Poliqon.info

 


Etiket: Yeməklər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar