Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı avtomobillər bahalaçacaq, hansılar ucuzlaşacaq?

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər təkcə vergi ödəyicilərinin xərclərinə deyil, bəzi malların qiymətlərinə də təsir edəcək.

Millət vəkili Vüqar Bayramov bu mövzuyla bağlı maraqlı paylaşım edib.

Məcəlləyə edilən dəyişikliklərin avtomobil bazarına təsirini şərh edən iqtisadçı deputat yazır ki, bu, özünü iki istiqamətdə əks etdirəcək: “Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı bu aydan başlayaraq növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

Digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir.

Birincisi, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar istisna edilmir. Belə ki, ƏDV-dən azadolma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin idxalı ilə yanaşı satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq”.

V.Bayramovun fikrincə, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinin isə bahalaşacağı gözlənilir. Çünki bu maşınlarla bağlı tətbiq olunan aksiz dərəcələri artırılır: “Doğrudur, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər iqtisadi baxımdan anlaşılandır. Məqsəd hibrid və elektron avtomobillərə marağı artırmaq və mühərriki böyük olan və ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır. Bu ekoloji və yol təhlükəsizliyi baxımdan da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını və volatilliyin yüksək olduğunu nəzərə aldıqda hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur”.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar