Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamburqda mindən çox islamçı nümayiş keçirib, xilafətin yaradılmasına çağırıb

Almaniyanın Hamburq şəhərində mindən çox islamçı nümayiş keçirərək xilafətin yaradılmasına çağırış ediblər...

Poliqon "Bild"ə istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı 25 yaşlı tələbə Co Adade Boatenqdir. Minlərlə insan onu "Instagram"da və "TikTok"da izləyir, burada o, İsraili və ümumilikdə Qərb ölkələrini tənqid atəşinə tutur.

Hamburq polisi "Bild"ə bildirib ki, onların aksiyasını qadağan etmək üçün heç bir səbəb yoxdur.

"Mitinq zamanı şiddətli iğtişaşların olacağına dair real sübutlar olmalıdır. Qadağa üçün tək şübhə yetərli deyil", deyə polis sözçüsü Sandra Lövgrün bildirib.

Polis qeyd edib ki, xilafətin yaradılmasına çağırışlar cinayət deyil və toplaşanlar terrorizmin təbliğini qadağan edən qanunun tələblərinə əməl ediblər.

"Bild"in məlumatına görə, Müsəlman İnteraktiv Qrupundan olan nümayişin təşkilatçıları qadağan olunmuş Hizb ut-Təhrir qruplaşmasına yaxındırlar.

"İslamçıların bu cür nümayişi dözülməzdir və məni iyrəndirir. Bununla belə, polis qanuni olaraq toplantının qadağan edilməsini istisna edib", deyə Hamburq daxili işlər senatoru Endi Qrote bildirib.

Ayrı-ayrılıqda qeyd olunur ki, polis nümayişə toplaşanların sənədlərini yoxlamayıb, çünki onların iştirakçıların müəyyənləşdirilməsi üçün hüquqi əsasları yoxdur.

Eyni zamanda, daxili işlər naziri Nensi Feser vurğulayır ki, “yeni islamçılar yetişdirmək istəyən qruplar bizim təhlükəsizlik orqanlarının diqqət mərkəzindədir”.

"Daxili işlər naziri radikal İslam hərəkatlarının cəmiyyətimiz üçün yaratdığı böyük təhlükəni açıq şəkildə etiraf etmək istəmir. Burada qanunun aliliyi nəhayət özünü müdafiə etməli və güc nümayiş etdirməlidir", deyə CDU-nun baş katibi Karsten Linnemann bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar