Bir neçə ildir ki, bir qrup haker yerli internet şəbəkələrini sındıraraq dörd ölkənin Belarusdakı səfirliklərinin əməkdaşlarına, xüsusən də Ukraynada müharibə zamanı casusluq edib...
Poliqon xəbər verir ki, bu barədə “Reuters” Slovakiyanın ESET kibertəhlükəsizlik firmasının təhlükəsizlik üzrə tədqiqatçılarına istinadən məlumat yayıb.
Hesabatın müəllifi olan ESET tədqiqatçısı Matye Fau bildirib ki, iki Avropa, biri Cənubi Asiya və bir Afrika ölkəsindən Belarusdakı səfirliklərdə işləyən diplomatlara məxsus 15-ə yaxın cihaz hədəfə alınıb.
"Rəqəmsal casusluq kampaniyası təxminən 2021-ci ildə başlayıb və hələ də aktivdir", deyə hesabatda qeyd edilir.
Ehtimal ki, hakerlər yuxarıda göstərilən şəxslərin internetə çıxışına ISP səviyyəsində müdaxilə ediblər, yəni onlar özləri də fərqinə varmadan zərərli proqram yükləmək üçün aldana bilərlər.
Toronto Universitetində yerləşən "Citizen Lab"dan Bill Marçak deyir ki, insanların bu cür sındırmalardan qaçması çətindir. Araşdırmada iştirak etməyən Marçak ESET-in tapıntılarının diplomatların nə dərəcədə izləmə hədəfi olduğunu göstərdiyini deyib: “Dünyadakı səfirliklər və xarici işlər nazirlikləri casus proqramların əsas hədəfidir".
Poliqon.info