Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakerlər ABŞ-ın Çindəki səfirinin elektron poçtunu sındırıblar...

Çinlə əlaqəli hakerlər ABŞ-ın Pekindəki səfiri Nikolas Bernsin elektron poçtlarını sındıraraq, ehtimal ki, ABŞ rəsmilərinin yüz minlərlə məktubuna giriş əldə ediblər...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri mənbələrə istinadən məlumat yayıb.

“Pekinlə əlaqəli hakerlər ABŞ-ın Çindəki səfiri Nikolas Bernsin elektron məktublarına giriş əldə ediblər. Güman edilir ki, hakerlər ABŞ rəsmilərinin ən azı yüz minlərlə elektron məktublarına giriş əldə ediblər”, deyə mənbə bildirib.

Qeyd olunur ki, hakerlər ABŞ Dövlət Departamentində Şərqi Asiya istiqamətinə nəzarət edən məmurun elektron poçt hesabını da sındıra bilər.

Xatırladaq ki, iyulun əvvəlində ABŞ mediası Dövlət Departamenti və Ticarət Departamentinin rəsmilərinin e-poçt hesablarının çinli hakerlər tərəfindən hücuma məruz qaldığını bildirmişdi.

Həmin kiberhücumlar ABŞ dövlət katibi Entoni Blinkenin iyunda Pekinə səfərindən həftələr əvvəl qeydə alınıb. “Microsoft” daha əvvəl bildirmişdi ki, 25 dövlət təşkilatı, o cümlədən federal agentliklərin hesabları hücumların hədəfinə çevrilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar