Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadija Labib: "Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir"

Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir...

11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər və cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Yüksək səviyyəli səfərlərin, iqtisadi əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam etdirilməsinin önəmi vurğulanıb.

Regionda baş verən son proseslər barədə məlumat verən nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Nazir son dövrlər AzərbaycanErmənistan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11.12.2023

Poliqon xəbər verir ki, bu fikirləri Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Görüşdə, həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar