Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadi Rəcəbli: Rusiyada işləyən azərbaycanlılar DSMF-yə vəsaitlər ödəməlidir

Son iki ildə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində ciddi dəyişiklər baş verib...

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə parlament bu sahədə bir sıra ciddi sənədlər qəbul edib:

“Bəzi hallarda bu qanunvericiliklərin qəbulu böyük əks-səda doğurub. Ölkədə ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb. Pensiya təminatının elektronlaşdırılması çox vacib rol oynayır. Əhalinin 89 faizi evdə olarkən ona təyin olunan pensiyanı SMS və ya email vasitəsilə alır”.

H.Rəcəbli bildirib ki, son illərdə sosial sahədə verilən sərəncam və fərmanlar nəticəsində 4,2 milyon əhali 40 faizdən 100 faizə qədər maliyyə dəstəyi qazanıb:

Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiya olsa da, bildiyim qədərilə, Rusiya tərəfindən ratifikasiya olunmayıb. Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Insanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir.

Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlılar işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər. Ona görə bu məsələr üzərində iş aparılmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar