Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadi Rəcəbli, Ziyafət Əsgərov, İqbal Məmmədov... - Seçki bitdi, “Facebook” səhifələri silindi

Növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin əksəriyyəti “Facebook” üzərindən təbliğat aparmaq üçün səhifələr yaratmışdı...

Seçkinin bitməsi ilə həmin səhifələrin də bir çoxunun fəaliyyəti dondurulub.

Qeyd edək ki, namizədlərdən biri çoxu məhz seçki ərəfəsində sosial şəbəkəyə “ilk qədəmlərini” qoymuşdular. Elə seçkinin bitməsi ilə də sosial şəbəkə fəaliyyətlərini tamamladılar.

Məsələn, Milli Məclisin spikeri, 45 saylı Abşeron Seçki Dairəsindən lider namizəd Oqtay Əsədovun adına yaradılan səhifə seçki dönəmində kifayət qədər aktiv idi. Bütün tədbirlər həmin səhifə vasitəsilə yayımlanırdı. Amma seçki bitən kimi səhifənin fəaliyyəti dayandı. Oqtay Əsədovun səhifəsində son paylaşın 10 fevral tarixində olub ki, o da Mərkəzi Seçki Komissiyasının seçki nəticələrini açıqladığı xəbərdir.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən lider namizəd Ziyad Səmədzadənin də seçki prosesində yaradılan səhifəsi artıq fəaliyyət göstərmir. Z.Səmədzadənin səhifəsi hətta seçkilərə 2 gün qalmış- 7 fevral tarixindən “dondurulub”. Səhifədə sonuncu paylaşım 7 fevral tarixində edilib.

9 saylı Binəqədi İkinci Seçki Dairəsindən lider namizəd Kamaləddin Qafarovun isə səhifəsi aktiv olmasa da, hələ də işləyir. Səhifədə son paylaşım 29 fevralda edilib.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən lider namizəd Rasim Musabəyov seçki üçün yaratdığı səhifəni ümumiyyətlə, silib. Qeyd edək ki, Rasim Musabəyov özünün şəxsi profili ilə sosial şəbəkədə aktivdir və adətən öz açıqlamalarını, yazılarını burada paylaşır.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən lider namizəd Hicran Hüseynovanın səhifəsi isə hələ də aktivdir. Səhifədə son paylaşım 26 fevralda Xocalı soyqırımı ilə bağlı edilib.

51 saylı Qusar Seçki Dairəsindən lider namizəd Azər Badamov da seçki bitən kimi səhifəsini bağlayanlar arasındadır.

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən lider namizəd Malik Həsənovun səhifəsində də 7 fevraldan sonra paylaşım edilməyib. Səhifə silinməsə də, fəaliyyət də göstərmir.

76 saylı Lənkəran-Astara Seçki Dairəsindən lider namizəd Ziyafət Əsgərovun da səhifəsi silinib. Qeyd edək ki, Z.Əsgərov sosial şəbəkəyə məhz seçki dönəmində gəlmişdi. Seçkinin bitməsi ilə də sosial şəbəkə fəaliyyətini sonlandırıb.

78 saylı Lerik Seçki Dairəsindən lider namizəd İqbal Məmmədov da seçki müddətində sosial şəbəkəyə gəlib- gedən deputatlar siyahısındadır. Seçki müddətində onun adına yaradılan səhifə də artıq silinib.

Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən lider namizəd Hadi Rəcəblinin adına da seçki dönəmində səhifə yaradılmışdı. Hazırda Hadi Rəcəblinin adına olan səhifə silinib.( Cebhe.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar