Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hacı Surxay: “Prezident İlham Əliyev dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaqdır”

“Tam əminliklə deyə bilərəm ki, torpağları öz azadlığına qovuşduran Ali Baş Komandan dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaqdır”...

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, professor hacı Surxay Məmmədli deyib.
Hacı Surxay bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri başqa ölkələrə bir örnəkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət müasir dövrdə Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də bu sahəyə xüsusi qayğı göstərilir.

İşğaldan azad olunan ərazilərimizdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən dini və tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ərazilərə səfərləri zamanı dini ibadət yerlərini də ziyarət edərək, onların bərpası ilə bağlı tapşırıqlar veriblər.

Erməni vandallarının işğal dövründə dağıtdıqları tarixi abidələrdən biri də Ağdamda yerləşən “İmarət” kompleksidir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Hacı Surxay bildirib ki, “Tam əminliklə deyə bilərəm ki, torpağları öz azadlığına qovuşduran Prezident, Ali Baş Komandan İlham Əliyev dini, milli-mənəvi və tarixi abidələri də öz əvvəlki vəziyətinə qovuşduracaqdır. Uca Allah hər zaman işlərində ölkə başçımız cənab İlham Əliyevə yardımçı olsun”.

Poliqon.info

 

 


Etiket: Hacı Surxay


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

Əməkdar artist: "15 yaşında qızın bunu etməsi faciədir"

Ermənistanın məntiqi... - Sərhəddə Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaraq...

Ən çox oxunanalar