Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Qalib: "Mən heç kimi hansısa vəzifəyə hazırlamıram"

"Mən elə adamam ki, 90 yaşıma qədər barəmdə yazacaqlar. Məndən yazanların 99 faizi özünü təmiz göstərmək istəyən "həlləm-qəlləm" adamlardır. Uzun illərdir ki, Bakının Bilgəh qəsəbəsində yaşayıram, ömrüm boyu buranın çörəyini yemişəm və Bilgəhdən kənara çıxmamışam. Bircə dənə bilgəhli gətirin, desin ki, Hacı Qalib mənim haqqıma girib, mənim torpağımı zəbt edib. Təkcə torpaq zəbt etmək yox, ümumiyyətlə başqa heç bir pis əməldən söhbət gedə bilməz. Bütün el-oba bilir ki, mən 1985-ci ildə Sovxozun faktiki direktoru olandan sonra Bilgəh torpaqlarının 90 faizini paylaşmışam. Yəni, mənim heç kimin torpağında gözüm yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Hacı Qalib Salahzadə barəsində yayılan tənqidlər və səsləndirilən ittihamlara cavab olaraq bildirib.

O qeyd edib ki, hazırda 4-5 bahalı yerdə olan torpaq sahəsində milyarderdindən tutmuş vəzifə adamlarına qədər hər kəsin gözü qalıb: "Sıravi vətəndaşların narazı olduğu görünsə də, əslində onların arxasında gizlənənlər, vəzifə adamları qorxularından ortaya çıxmırlar. Haqqımda bu cür xoşagəlməz yazılar dərc etdirməkdə məqsəd məni nüfuzdan salmaqdır. Lakin məni heç vaxt heç kim nüfuzdan sala bilməz. Allah Heydər Əliyevə rəhmət eləsin! Mən Heydər Əliyevin çörəyini yemişəm, onun yaxınları ilə oturub durmuşam. Hər zaman özümü elə aparmışam ki, qohum-əqrabam, yaxınlarım məndən xəcalət çəkməsinlər. Deyirlər, Hacı Qalib 20-30 sot torpağımızı işğal edib və s. İşi təşkil edənlərin kişiliyi çatmır desin ki, bu işin arxasında dayanan mənəm. Heç yazmırlar ki, Hacı Qalib akademik Cəlal Əliyevlə oturub durub. Hələ 18 yaşım olanda Cəlal Əliyev məni "zavmaq" (mağaza müdiri) qoyub, mənə 16 yaşımdan etibarən əmək kitabçası açılıb".

Oğlunu Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə "hazırladığı" iddiasına münasibət bildirən Hacı Qalib Salahzadə qeyd edib ki, o, ömür boyu belə işlərdən uzaq olub: "Mən heç kimi hansısa vəzifəyə hazırlamıram, belə işlərdən uzağam. Səhər qalxıb iki rükət namaz qılıb, xeyir işlərlə məşğul olan adamam. Belə olan halda, deyirsiz ki, iki nəfər vicdansız haqqımda belə şaiyələr yaymasın?! Heç görmüsüz ki, fəhlədən yazsınlar?! Əlbəttə ki, yox. Ancaq vəzifə adamlarından, iş adamlarından yazırlar. Mən hələ o vaxtı Milli Məclisin deputatı olanda da jurnalistlərlə aram "saz" idi. Deyirlər ki, Qalib müəllim, haqqınızda filan cürə ittihamlar səsləndirirlər, tənqid edirlər. Cavab verirdim ki, "kişinin dalıyca danışarlar da". Bir diqqət edin, cənab Prezident İlham Əliyev 44 günün içində işğalda olan Azərbaycan torpaqlarını azad edib, erməninin dədəsini-babasını yandırıb, onları məhv edib, amma yenə də arxasıyca danışanlar var. Başa düşmürlər ki, müharibədə qalib gəlmək necə böyük güc, qüvvət, iradə tələb edir. Daha nə etsin?! Yəni, Azərbaycan vəzifədə olan bir elə bir kişi yoxdur ki, onun arxasıyca danışan olmasın. Mən sevinirəm ki, arxamca danışanlar var. Yenə deyirəm, Allah mənim ruzi-bərəkətimi Bilgəhdə verib, burdan qıraq yerdə nə bir obyektim, nə dükanım, mağazam yoxdur. Otuz ildən çoxdur ki, Həccə gedirəm və yüzlərlə vətəndaşı öz hesabıma ziyarətə aparmışam. Halal xoşları olsun, ana südü kimi halal edirəm. Yəni, mənim əməllərin bunlardan ibarətdir. Bunları desəm də, deməsəm də, bütün kənd əhli yaxşı bilir. Mənim yalnız bir əqidəm var".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar