Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda qarşıdurma... - Hökümət Rusiyaya doğru meyllənir?

Hansı səbəblər Gürcüstanı hökümətini Avropadan uzaqlaşdıraraq Rusiyaya doğru sürükləyir?

Siyasi-şərhçi: “Gürcüstan hökümətinin Rusiyaya meyllənməsinə gəlincə, düşünürəm ki, hökümət əlində daha çox nəzarət mexanizmi toplamağa çalışırdı”.

“Bu qanuna qarşı ABŞAvropa İttifaqı da çıxdı. Demək ki, “xarici agentlərlə” bağlı qəbul edilən layihə Gürcüstanda Qərbyönlü kəsmə birbaşa olaraq təsir edən bir qanun layihəsi idi”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Gürcüstanda baş verən etirazları Poliqon.info-a şərh edərkən qeyd edib.

Gürcüstanda dünən hökümət qüvvələri ilə müxalifət arasında sərt qarşıdurma yaşanıb. Bu qarşıdurma “xarici agentlərlə” bağlı parlamentdə müzakirə olunan qanun layihəsinin fonunda baş versə də, bir çoxları qarşıdurmanın Gürcüstan hökümətinin Rusiyaya doğru meyllənməsi ilə əlaqələndirir.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkədə etirazlara səbəb olan “xarici agentlər” barədə qanunu geri götürüb. Bu barədə “Gürcü arzusu” partiyası və qanunu təqdim edən “Xalqın gücü” hərəkatının yaydığı birgə bəyanatda qeyd bildirilib.

Xatırladaq ki, Gürcüstan parlamenti martın 7-si birinci oxunuşda “xarici agentlər” haqqında qanun layihəsini qəbul edib. Bunun ardınca Tbilisidə qanun layihəsi ilə bağlı keçirilən etiraz aksiyalarında vəziyyət gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiya zamanı 133 nəfər saxlanılıb.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili də qanun layihəsinə qarşı çıxıb və etirazları dəstəkləyib.

Bəs hansı səbəblər Gürcüstanı hökümətini Avropadan uzaqlaşdıraraq Rusiyaya doğru sürükləyir?

Gürcüstanda baş verən prosesləri Poliqon.info-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Rusiya Gürcüstan hökümətinə qarşı Qərbin aqressivləşməsini öz aktivinə yazmağa çalışacaqdı. Bu qanunun qəbulu əslində hökümət qanadında Rusiyanın mövqelərinin güclənməsinə yol açacaqdı”.

Gürcüstan hakimiyyəti geri çəkilməklə etirazların miqyasının aşağı düşsməsini gözlədiyini düşünən ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, bununla da hakim “Gürcü arzusu” partiyası öx hakimiyyətini qorumağa çalışır:

“Gürcüstanda məlum “xarici agentlər” haqqında qanun böyük ictimai narazılığa səbəb olub. Bunun səbəbi əsas ondan ibarətdir ki, Gürcüstan Cənubi Qafqazda beynəlxalq təşkilatların mərkəzi ofislərinin yerləşdiyi ölkədir. Bütün regional ofislərin demək olar ki, hamısı Gürcüstandadır. Bu sahədə də on minlərlə insan çalışır.

Eyni zamanda ənənəvi diplomatik korpusla yanaşı həmin beynəlxalq təşkilatların əməkdaşları da Gürcüstanda yaşayır. Bu da minlərlə xarici vətəndaş deməkdir. Maraqlıdır ki, xidmət sektoruna görə o insanlar Gürcüstanda qalır. Yəni demək istəyirəm ki, geniş kütlələrə təsir edən bir qanun layihəsi idi. Buna görə də belə bir kütləvi narazılıq baş verdi.

Qeyd edim ki, bu qanuna qarşı ABŞAvropa İttifaqı da çıxdı. Demək ki, “xarici agentlərlə” bağlı qəbul edilən layihə Gürcüstanda Qərbyönlü kəsmə birbaşa olaraq təsir edən bir qanun layihəsi idi. Nəzərə almaq lazımdır ki, etirazın siması yoxdur. Yəni hər hansısa bir siyasi partiyanın və yaxud siyasi liderin rəhbərliyi ilə bu etirazlar keçirilmir. Bu da onu deməyə əsas verir ki, etirazların səngiməsi gözlənilir.

Fərhad Məmmədov: “Hazırda bu qanun layihəsi geri götürülüb və parlamentin müzakirəsindən çıxarılıb. Bundan sonra müxalifət çalışacaq ki, bundan yararlansın və etirazlardan öz maraqları çərçivəsində istifadə etsin”.

Gürcüstan hökümətinin Rusiyaya meyllənməsinə gəlincə isə düşünürəm ki, hökümət əlində daha çox nəzarət mexanizmi toplamağa çalışırdı. Bu növbəti seçkilər üçün də çox vacibdir. Amma belə görünür ki, hökümətin bu cəhdi daha çox bumaeranqa dönüşdü.

Təbii ki, Rusiya Gürcüstan hökümətinə qarşı Qərbin aqressivləşməsini öz aktivinə yazmağa çalışacaqdı. Bu qanunun qəbulu əslində hökümət qanadında Rusiyanın mövqelərinin güclənməsinə yol açacaqdı. Lakin gördüyümüz ki, Gürcüstan höküməti geri addım atdı və bu da əslində Rusiyanın mövqeyini sarsıtmış oldu.

Hazırda bu qanun layihəsi geri götürülüb və parlamentin müzakirəsindən çıxarılıb. Bundan sonra müxalifət çalışacaq ki, bundan yararlansın və etirazlardan öz maraqları çərçivəsində istifadə etsin. Amma müxalifətin də Gürcüstan siyasətində dəstəyi o dərəcədədir ki, onlar kritik sayda kütləni yığa öz ətraflarına yığa bilmirlər. Mixail Sarkaşvilinin də ölüm ayağında olması da, 30-40 min insanı toplaya bilmədi. Lakin fakt odur ki. bu qanun layihəsi Gürcüstan cəmiyyətini parçaladı və yəqin ki, bu da növbəti proseslərdə öz sözünü deyəcək.

Gürcüstan hakimiyyəti geri çəkilməklə əlində şansı saxlayır ki, bu etirazların miqyası aşağı düşsün. Bununla da hakim “Gürcü arzusu” partiyası öx hakimiyyətini qorumağa çalışır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ən çox oxunanalar