Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan XİN başçısı: Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaq

Üçtərəfli görüş çərçivəsində müxtəlif istiqamətlərdə məsələlər müzakirə edildi...

İkitərəfli müstəvidə də Gürcüstan, Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq və nümunəvi əlaqələr mövcuddur.

Poliqon xəbər verir ki, bunu Gürcüstan XİN başçısı İlya Darçiaşvili bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.

“Bu iki ölkə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Siyasi, iqtisadi, ticari, müdafiə, mədəniyyət, nəqliyyat, enerji sahələrində əməkdaşlıqlar müzakirə edildi. Təbii ki, biz regionda gedən proseslərə və bu çağırışların öhdəsindən gəlmək üçün birgə səylərimizə xüsusi diqqət yetirdik”, - nazir bildirib.

İlya Darçiaşvili Gürcüstanın Cənubi Qafqazda dinc və sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəklədiyini, regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

“Ümidvarıq ki, AzərbaycanErmənistan tez bir zamanda razılıq əldə edərək sülh sazişini imzalayacaq və bu, regionda uzunmüddətli sülhlə sabitlik üçün dönüş nöqtəsi olacaq”, - Gürcüstan XİN başçısı qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar