Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gülməlidir axı, mən kiməsə nəyisə sübut etməliyəm?”


"Əli Əkbər bəlkə mənim o tərcüməçimdir ki, 5 kitabımı türk dilinə çevirmişdi"


" Bəlkə də o deyil, yaxşı tanımıram. Amma əgər həmin adamdırsa, onun haqqıdır nə isə desin"

Bunu Modern.az saytına açıqlamasında Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev postmodernist yazar Əli Əkbərin onun haqqında səsləndirdiyi fikirlərə cavab olaraq bildirib. 

Qeyd edək ki, Əli Əkbər müsavat.com saytındakı yazısında Çingiz Abdullayevin yazıçı olmadığını qeyd edib:

“Çingiz Abdullayev haqqında danışmamaq üçün, həmişə azərbaycansayağı bəhanəm olub – çörək kəsmişik, əməkdaşlıq etmişik, nəhayət həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Bu gün də ona qarşı heç bir qərəzim yoxdur. Ötənlərdə bir müsahibəsi dəydi gözümə, oxudum, təəssüf etdim. Ondan heç bir gözləntim olmasa da, özünə yazıçı deyən bir adam, belə acınacaqlı vəziyyətə düşməli deyil. Hələ Çingiz Abdullayev kimi “şəhərli”yə, bu deqradasiyanı heç yaraşdırmıram.

Mənim nəzərimdə, onun heç vaxt yazıçı sanbalı olmayıb. O, sənətlə yox, zənaətlə məşğul olan, başını aşağı salıb işini görən, şəhərli bir kommersantdır. Onun “bizimki” olması, Azərbaycanda yaşaması, fəaliyyət göstərməsi müsbət haldır. Rəhmətlik Anar Məmmədxanov indi deməsin, tez-tez deyərdi ki, “Çingiz Abdullayev unikal adamdır. Mən onun kitablarını Moskvada görəndə, elə sevinirəm ki, sanki əncir mürəbbəsi, Bakı paxlavası, narşərab görmüşəm. Onun “Dronqo”su da bizim brenddir, bizim lavaş kimi, narşərab kimi, lülə kababımız kimi”. 

Çingiz Abdullayev isə bütün bu fikirləri gülməli adlandırıb: 

“Nə olar. Bu onun fikridir.Mən heç kəsə heç vaxt cavab vermirəm. Gülməlidir axı. 20 il milyonlarla kitabım 29 dildə çap olunub.  Mən kiməsə nəyisə sübut etməliyəm?”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Ən çox oxunanalar