Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsinin “aeroport əməliyyatı” etiraz yaratdı – Böyük narazılıq

Hava limanında saxlanılan əşyaların siyahısı insanlarda narazılıq yaradıb...

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əl yüklərinin yoxlaması zamanı gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən brend geyim əşyaları, “Cartier” markalı qol saatı, zərgərlik məmulatları və digər mallar aşkar olunduğu barədə məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, gömrük orqanlarında rəhbər dəyişikliyindən sonra bu cür “yeni qərarlar” sərt təpkilərə səbəb olub.

Belə ki, bu gün hava limanında saxlanılan əşyaların siyahısı insanlarda narazılıq yaradıb və hətta tanınmış rəsmi nümayəndələr də öz hesablarında etirazlarını nümayiş etdiriblər.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqovun etirazlarını olduğu kimi təqdim edirik.

Aqil Ələsgər: “Gələn gedənə rəhmət oxudur” atalar sözü Dövlət Gömrük Komitəsində özünə həyat tapıb. Keçən dəfə yazmışdım ki, aeroport gömrükçüləri Səfərbalanın (Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyev-red.) zamanında çantaları yoxlayırdılar, indi isə ciblərimizə girirlər.

Artıq insanların alt paltarlarına uzanacaq qədər “inkişaf ediblər”.

Bəlkə də bunların abırını Səfərbala örtürmüş, qədrini bilmədik…” 

Elçin Sadıqov: “Səfər Mehdiyev obyekti belə işlətmirdi. Adamın əxlaqı var idi. Heyf, xalqın cibindən getdi. Bunlar lap ağını çıxarıblar.
Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi və yaxın qohumların istifadəsi üçün gətirilən mallar dəyərindən və miqdarından asılı olmayaraq gömrük rüsumlarından azaddırlar”.

Poliqon.info bildirir ki, DGK-nin xaricdən gələn Azərbaycan vətəndaşları ilə bu rəftarı sosial şəbəkələrdə böyük narazılığa səbəb olub. Onlarla tanınmış şəxs gömrük işçilərinin insanlarla bu cür rəftarını sərt tənqid ediblər.

Redaksiya ittihamlarla bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini dərc etməyə hazırdır. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar