Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə xəstəxanada yanğına görə 37 şəxs digər tibb müəssisələrinə köçürülüb - Video, Yenilənib

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub...

Gəncədə xəstəxanada yanğına görə 37 şəxs digər tibb müəssisələrinə köçürülüb.

Məlum olduğu kimi, 26.04.2023-cü il tarixində saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.

TƏBİB-dən Poliqon.info-ya verilən xəbərə görə, hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.

Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Məlumat üçün bildirək ki, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

***

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 1963-cü il təvəllüdlü Nazilə Adis qızı Məmmədova dünyasını dəyişib.

O, tibb müəssisəsinin reanimasiya şöbəsində ürək xəstəliyindən müalicə alırmış.

N.Məmmədovanın tüstüdən zəhərlənərək öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.

TƏBİB-dən "Report"a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Qeyd edilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir.

Bildirilib ki, artıq 58 nəfər təxliyə edilib və vəziyyət nəzarət altındadır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

***

Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın nəticəsində bir nəfər dünyasını dəyişib.

Bu barədə "Report"un Qərb bürosu xəbər verir.

Ölən şəxsin xəstəxananın reanimasiya şöbəsində tüstüdən zəhərləndiyi bildirilir.

***

Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

***

Gəncə şəhərində xəstəxanada yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Pentaqon Gürcüstanla əməkdaşlığı davam etdirmək niyyətindədir

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

Ən çox oxunanalar