Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il Şuşada beynəlxalq “Dədə Qorqud” film festivalı keçiriləcək

Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq iştirak edəcək...

Gələn il Şuşada beynəlxalq “Korkut Ata” ("Dədə Qorqud") türk dünyası film festivalı keçiriləcək.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan bildirib.

"Festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq. (Bu il-red) Türk dünyasının mədəniyyət paytaxtı Bursada təşkil etdiyimiz üçüncü festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik. Bu, ortaq irsimizin birgə istehsala çevrilməsinə zəmin yaradacaq”, - nazir bildirib.

Qeyd edək ki, Bursa şəhərində bu il ikinci dəfə 1-5 noyabr tarixlərində keçiriləcək "Korkut Ata Türk Dünyası Film Festivalı"na hazırlıqlar davam edir.

Festivalın dünən keçirilən təqdimat mərasimində çıxış edən Əhməd Misbah Dəmircan nazirlik olaraq maddi və qeyri-maddi mədəni irsin yaşadılması, qorunması və gələcək nəsillərə təhvil verilməsi üçün çalışdıqlarını bildirib.

Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirəcək.

Festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq iştirak edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar