Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələcək pandemiyalara hazırlıq üçün beynəlxalq razılaşma əldə olunacaq

Dünyanın 23 ölkəsinin rəhbəri, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı gələcək nəsilləri qorumaq üçün daha dayanıqlı dünya səhiyyə sistemi qurulmasına dair hazırlıq və cavab tədbirlərini ehtiva edən yeni beynəlxalq razılaşma hazırlamaq istiqamətində birgə çalışacaq.

PİA.az xəbər verir ki, bu barədəki birgə açıqlamada gələcəkdə həm yeni pandemiyalara, həm də başqa fövqəladə vəziyyətlərə hazır olmağın vacibliyi qeyd olunur: “Məsələ bunun baş verib-verməyəcəyi yox, nə zaman baş verəcəyidir. Biz bir yerdə pandemiyaları yüksək əlaqələndirmə ilə daha yaxşı görməli, qarşısını almalı, aşkarlamalı, dəyərləndirməli, səmərəli cavab verməliyik. COVID-19 pandemiyası hər kəs qoruma altında olanadək heç kəsin təhlükəsizlikdə olmadığına dair ağrılı xatırlatmadır”.

Yeni beynəlxalq razılaşmanın başlıca məqsədi insan, heyvan sağlamlığını, habelə Yer kürəsinin sağlamlığını əsas götürmək şərtilə gələcək pandemiyalara qarşı milli, regional, dünya imkanlarını və dayanıqlılığını artırmaq üçün əhatəli, çoxşaxəli yanaşma ərsəyə gətirməkdən ibarətdir.

Sənədi Fici, Tailand, Portuqaliya, İtaliya, Birləşmiş Krallıq, Almaniya, Yunanıstan, Albaniya, Trinidad və Tobaqo, Niderland, İspaniya, Norveç baş nazirləri, Rumıniya, Ruanda, Keniya, Fransa, Koreya Respublikası, Çili, Kosta Rika, Cənubi Afrika Respublikası, Tunis, Seneqal, Serbiya, İndoneziya, Ukrayna prezidentləri, habelə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus imzalayıblar.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Ən çox oxunanalar