Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

GDU dekanına ağır ittihamlar - Fotofakt

Gəncə Dövlət Universitetində dekan İldırım Qasımovun əməlləri barəsində məlumat yayılıb


Universitetin işçiləri Akif Hüseynov və Səbinə Əliyeva dekanın özbaşınalıqlarını açıqlayıblar. 

Hətta buna dair foto fakt da təqdim olunub. Təhsil ocağında rüşvətin adi hal aldığını deyən ali məktəb əməkdaşları Fizika fakültəsindən bəhs ediblər.

"Xeyli müddətdir ki, respublika ictimaiyyəti kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universitetinin fizika fakültəsinin dekanı İldırım Qasımovun bəd əməlləri barədə məqalələri oxuyur. Bu məqalələrdə onun cinayət tərkibli əməlləri barədə ciddi ittihamlar irəli sürülüb.

İldırım Qasımovun bu ittihamlar qarşısında susqunluğu onların doğru olması rəyini yaradır. Mən uzun müddətdir Gəncə Dövlət Universitetində işləyirəm. Hətta İldırım Qasımovla eyni tədris binasında çalışıram və onu çoxdan tanıyıram.

İldırım Qasımov Gəncədə elektrik işlədici cihazların təmiri ilə məşğul olan qabiliyyətli usta kimi tanınır. Lakin rüşvətlə asan, tez və çox pul qazanmaq hərisliyi onu cinayətlər etməyə sövq edib”,- deyə müəlliflərin məktubunda qeyd olunub.

Məlumatda qeyd olunur ki, İ.Qasımovun dekanlıq müddətində fakültə çox bərbad hala düşüb: "Tələbələr "aylığa” hətta "illiyə” buraxılır. Təbii ki, böyük miqdarda rüşvət hesabına. Tələbələr deyirlər ki, dekan İ.Qasımov tərəfindən "onun fakültəsində” icazələrə qoyulan qiymətlər qrup nümayəndələri tərəfindən bizlərə elan olunubdur.

1.İki günlük icazə - 10 manat (bir günlük icazə yoxdur)

2.Həftəlik icazə- 25-30 manat

3.Aylıq icazə- 150 manat

4.Bir semestrlik icazə - 450-500 manat. (Buraya aylıq kollekviumların pulu daxil deyil)

İ.Qasımovun həbs olunacağı qorxusundan, fakültənin kurstyutorları qarşıdan gələn imtahan sesiyasında qorxularından tələbələrdən pul yığmağa qəti etiraz ediblər. Tələbədən imtahan pullarının yığılması qalıb İ.Qasımovun müavini və kirvəsi Yəhya Namazovun öhdəsinə”.

Məktubda əlavə olaraq bildirilir: "Qeyd edək ki, tələbələrin İldırım Qasımov barəsində Təhsil Nazirliyinə və Respublika prokurorluğuna müraciət edəcəkləri bildirilir. Onlar deyirlər ki, imtahanlara hazırlaşmağımızın heç bir mənası yoxdur. Sesiya qabağı İldırım müəllim və onun pul yığanlar zəli kimi yapışacaqlar boğazımızdan.Kim pul verməsə, dekan onu imtahandan kəsəcək.

Şəkillər dekabrın 22-də GDU-nun II tədris binasının qarşısında çəkilib. Gördüyünüz bu skoçlanmış köhnə qutularda texnologiya müəllimliyi ixtisasının tələbələrinin tədris prosesində istifadə edəcəkləri mikrodalğalı sobalar, elektrik drelləri, mikserləri, çaynikləri, qızdırıcıları və s. avadanlıqlarıdır.

Bu avadanlıqlar fakültənin ÜTF və əmək kafedrasının balansındadır. Dekan təyin olunduqdan sonra İ.Qasımov bu cihazları öz malı kimi aparıb illərlə evində və təmir emalatxanasında istifadə edibdir.

Dekanlıq müddətinin 2- 3 aydan sonra bitdiyindən və yeni dekanın bu avadanlıqları axtaracagını bilən İ.Qasımov onları indi geri qaytarır. Şəkildən göründüyü kimi avadanlıqları daşıyanlar bu avadanlıqlara məsul şəxslər olan və qeyd olunan kafedranın tədris ustaları Saleh Seyidov və Məhəbbət Nəsibovdur. Bu hərəkətlər vəzifələrindən sui-istifadə etməklə dövlət malının talan edilməsidir”.(vizual.az)





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Ən çox oxunanalar