Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FTB Pentaqonun məxfi sənədlərini yayan 21 yaşlı hərbiçini həbs edib…

Pentaqonun məxfi sənədlərinin ilk dəfə ortaya çıxdığı çatın moderatoru ABŞ Hərbi Hava Qüvvələrinin 21 yaşlı pilotu olub…

Pentaqonun gizli sənədlərinin sızmasının əsas mənbəyi Thug Shaker Central adlı şəxsi onlayn çatı olub. Onun moderatorluğunu isə ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının pilotu Cek Teyşeyra edib.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Qeyd edilir ki, 21 yaşlı Teyşeyra Massaçusets Milli Hava Qvardiyasının kəşfiyyat qanadında xidmət edib. O, 20-30 nəfərdən ibarət olan qaparı Thug Shaker Central söhbətinə moderatorluq edib. Həmin qrupda əsasən yeniyetmələr olub.

The New York Times-ın jurnalistlər çatın dörd üzvü ilə danışıblar. Onlardan biri məlumatı yayan şəxsi ən azı üç ildir tanıdığını deyib. Nəşrin həmsöhbətləri onu qrupun əksər üzvlərindən yaşlı adam və “şərtsiz lider” kimi qiymətləndiriblər. Jurnalistlərlə söhbətdə onu “OG” təxəllüsü ilə çağırıblar. Onlardan biri qeyd edib ki, o, o işindəki fəaliyyəti ilə kəşfiyyat sənədlərinə çıxış əldə edib. Nəşr iddia edir ki, onu adı ilə çağırmasalar da, rəqəmsal iz Teyşeyra aparır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, söhbətdə olan yeniyetmələrdən biri sənədləri ictimai onlayn forumda yerləşdirib, bundan sonra sənədlər rusdilli Telegram kanalları tərəfindən götürülüb.

Bir məmur jurnalistlərə bildirib ki, gənc Milli Qvardiyanın bu məxfilik səviyyəsinə çıxışı olub-olmaması aydın deyil, lakin təhlükəsizlik icazəsi olan ABŞ hökumət rəsmiləri bu cür sənədləri tez-tez e-poçt vasitəsilə alırlar.

Jurnalistlərin söhbət etdiyi pilotun anası bildirib ki, o, bu yaxınlarda Cape Cod bazasında gecə növbəsində işləyirmiş. Onun sözlərinə görə, son bir neçə gündə o, telefon nömrəsini dəyişib. O, vəkilə ehtiyacı olduğunu əsas gətirərək jurnalistlərlə danışmaqdan imtina edib.

Jurnalistlərə danışan iki ABŞ rəsmisi müstəntiqlərin Teyşeyra ilə hökumət sənədlərinin çata sızması ilə bağlı danışmağı planlaşdırdıqlarını təsdiqləyib.

Dünən axşam saatlarında isə FTB Cek Teyşeyranı həbs edib. O, rəsmi olaraq Pentaqonun məxfi sənədlərinin sızmasında şübhəli kimi tanınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar