Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada qalmaqallı pensiya qanunu payızda qüvvəyə minəcək

Makron pensiya islahatı haqqında qanunun qüvvəyə minmə tarixini açıqlayıb…

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində yüksək profilli pensiya islahatı qanununun 2023-cü ilin payızında qüvvəyə minəcəyini bildirib.

“Bildiyiniz kimi, Konstitusiya Şurası cümə günü pensiya islahatını təsdiq edib və qanuni kimi tanıyıb. Mən məntiqlə bu qanunu dərhal imzaladım. Pensiya islahatı payızda qüvvəyə minəcək”, deyə Makron xalqa müraciətində bildirib.

Eyni zamanda, Makron pensiya islahatının cəmiyyət tərəfindən “aydın şəkildə” qəbul edilmədiyini qeyd edib və “bu barədə konsensusun tapılmamasından” təəssüfləndiyini bildirib.

Sənəd aprelin 15-də Fransa prezidenti tərəfindən imzalanıb. Qanunun tələbləri bu il sentyabrın 1-dən qüvvəyə minəcək. Qanun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Fransada pensiya islahatına qarşı kütləvi küçə etirazları yanvarın sonundan bəri davam edir. Fransada yaşanan iqtisadi böhran fonunda eyni həyat səviyyəsini saxlamaq və pensiya almaq üçün fransızlar daha çox çalışmalı olacaqlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar