Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Livana və İsrailə sərhəddə atəşkəs planını təklif edib

Fransa Livana Livan-İsrail sərhədində hərbi əməliyyatların dayandırılması və ərazi mübahisələrinin həlli planını təklif edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi əldə etiyi sənədə istinadən məlumat yayıb. Sənədə görə Fransa tərəfinin strategiyasında xüsusilə Livan Hizbullah qruplaşmasının döyüşçülərinin bütün hərbi obyektləri sökərək İsraillə sərhəddən ən azı 10 km uzaqda hərəkət etməsi nəzərdə tutulur.

Agentliyin mənbələrinin sözlərinə görə, Fransanın xarici işlər naziri Stefan Sejurne Livan-İsrail sərhədində atəşkəs üçün yazılı təklifi, Livan hpkümətinə göndərib. Məktubda qeyd olunur ki, plan “nəzarətdən çıxma riski” olan münaqişənin qarşısını almağa yönəlib. Plan həyata keçirilməsi 10 gün müddətinə nəzərdə tutulmuş üç mərhələdən ibarətdir. Nəhayətdə mübahisəli quru sərhədinin delimitasiyası ilə bağlı İsrail və Livan arasında danışıqların aparılması nəzərdə tutulur.

Fransa həmçinin təhlükəsizliyi təmin etmək üçün “Hizbullah” qüvvələrinin yerləşdiyi cənub sərhəd bölgəsində 15 minə qədər Livan əsgərinin yerləşdirilməsinə ehtiyac olduğunu bildirib.

“Hizbullah” sözçüsü Həsən Fədlallah Reuters-in sualına cavab olaraq Qəzza zolağında döyüşlər dayandırılana qədər gərginliyin azaldılması danışıqlarını nəzərdən keçirməyəcəklərini bildirib.

Agentliyin mənbələrinə görə, təklif olunan atəşkəs planı yekun deyil. Livan tərəfi planın bəzi məqamlarına, o cümlədən İsrail sərhədi yaxınlığındakı strukturların sökülməsinə etiraz edir. Fransanın layihəsini İsrail hökuməti də alıb. İsrail rəsmisinin sözlərinə görə, bu plan müzakirə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Ən çox oxunanalar