Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransa bajı deyə-deyə hələ də bayıssının dalından əl çəkmir...”

Niyə narazı qalırsız ki, ABŞ və Fransanı tanımırsız ki?

Mətbuatdan bildiyiniz kimi, Şuşada Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatlarının, daha dəqiq desək, səfirlərinin iştirakı ilə böyük bir tədbir keçirilib. Və nəinki bizim ölkədəki səfirlər, eləcə də Türkiyə və Moskvada fəaliyyət göstərən xarici ölkələrin bir çoxunun səfirləri, nümayəndələri, hərbi atteşeləri bizim dəvətimizi məmnuniyyətlə qəbul edib Şuşaya gəlib.

Yalnız ABŞ-ın və Fransanın səfirləri dəvətdən imtina ediblər, bu da ölkəmizdə böyük narazılığa səbəb olub.

Niyə narazı qalırsız ki, ABŞ və Fransanı tanımırsız ki? Bizim xalq hər iki ölkənin dabbaqda gönünə bələddir.

30 il Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxladı, 1 milyon insan yurdundan-yuvasından didərgin düşdü, şəhər və kəndlərimizi, Dünyanın Ən Varlı Şəhəri Ağdamı yerlə-yeksan elədi, məbədlərimizi, məscidlərimizi, abidələrimizi darmadağın etdi, hətta ölülərimizi qəbirdən çıxartdı, qəbiristanlıqlarımızda taxıl əkdi. Sərsəngi üzümüzə bağlayıb Yezid kimi 30 ildi bizi susuz qoydu, ABŞ və ya Fransa heç olmasa bircə dəfə Ermənistana niyə belə vandallıq edirsən, faşistlik edirsən dedimi? Demədi!

Hətta Qarabağdakı separatçı rejimə ABŞ hər il 10 milyon dollardan çox açıq, Allah bilir nə qədər də gizli yardımlar etdi. Bundan başqa Ermənistana üst-üstə milyardlarla yardım etdi ki, daha yaxşı silahlansın. Əvəzində torpağı işğal altında olan Azərbaycana, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycana ABŞ Senatı 907-ci maddəni tətbiq elədi və hələ də qüvvədədi.

Fransa da onun kimi. Bajı-bajı deyə-deyə hələ də bayıssının dalından əl çəkmir, dalında durub. Fransa 30 il bajılarının vəhşiliklərinə, qəhbəliklərinə (oxuculardan üzr istəyirəm, amma qəhbəliyin elə bir adı var da, qəhbəlik) göz yumub.

İndi siz dabbaqda gönünə bələd olduğunuz bu ölkələrdən nə umursunuz?!

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən tədbirdə bu məsələyə sərt reaksiya verdi. İndi oxuyuram ki, Hikmət Hacıyevə sosial şəbəkələrdə hücum çəkiblər. Amerikançılardan, Fransanın dəsmal götürənlərindən nə gözləyirsiniz?

ABŞ, nə Fransa, nə də ki Rusiya Qafqazda sülh istəmir. İndi Rusiya bir az yumşalıb, ortaq mövqe tutub, təbii ki, bu da ABŞ və Fransanın xoşuna gəlmir. Onlar Rusiyanı da bu savaşın içinə soxmağa çalışırlar. Yeməzlər!

ABŞ da, Fransa da ATƏT-i, Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin gorbagor etdiyi ATƏT-i, yenidən gordan çıxarmaq istəyirlər. Hətta ABŞ Minsk qrupuna yeni həmsədr təyin edib.

Əvvəla, ATƏT Avropa Təşkilatıdırsa ABŞ orda nə sülənir? İkincisi də keçmişdə belə bir məsəl vardı, insanlar xoşagəlməz bir hadisə eşidəndə deyirdilər ki, ortada ingilis barmağı var. İndi dünyada nə səfeh bir hadisə olarsa orada mütləq amerikan barmağı var.

Adam ABŞ-ın və Fransanın əleyhinə deməyə və yazmağa qorxur. Qaragüruhçular ziyalıları necə gözüqıpıq eləyiblərsə gözlərini açıb həqiqəti deməkdən çəkinirlər.

Millət vəkili Fazil Mustafanın sözü olmasın, nə qədər sosial şəbəkələrdə böhtan atsalar da, təhqir etsələr də susmayacağıq, həqiqəti deməkdən çəkinməyəcəyik.

Bir məsələyə də toxunum. ABŞ səfirliyi millət vəkillərinə müəyyən tədbirləri ilə bağlı dəvətnamə göndərirlər, özü də ingilis dilində. Bu barədə fikirlərimi illər əvvəl Parlamentdə də söyləmişəm, yenə də təkrar edirəm. Fikirləşin, bizim ABŞ-dakı səfirimiz keçirdikləri tədbirlərə dəvətnaməni Azərbaycan dilindəmi göndərir? Təbii ki, yox! Mən demişəm ki, səfirlik bir də dəvətnaməni başa düşmədiyim ingilis dilində göndərsə onun heç bir tədbirinə qatılmayacam. Bunu həmkarlarımdan da xahiş elədim. Və sonra da ABŞ səfirliyinin heç bir dəvətinə qatılmadım, onlar da gördü ki, baykot etmişəm tədbirlərini, day son zamanlar mənə dəvətnamə göndərmirlər. Səfirliyin tədbirlərinə qatılmadığıma görə xançalımın qaşı düşməyib. İndi oxuyuram ki, adamlar ABŞ səfirliyini baykot etməyə çağırır, mən çoxdan baykot etmişəm.

Bir məsələni də xatırladım. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Badamdar qəsəbəsində Məmməd Araz üçün həyət yeri ayırdılar və şairə yaraşıqlı bir ev tikdilər. Şair də o evi mənə, daha dəqiq desək, nəvələrinə bağışladı. Ev hazır olandan sonra Prezidentin İşlər İdarəsinin müdiri Akif Muradverdiyev mənə zəng elədi. Heç demə, ABŞ səfirliyi Badamdar qəsəbəsində özlərinə iqamətgah axtarırmışlar. Akif müəllim bildirdi ki, sənin evin amerikalıların xoşuna gəlib, icarəyə götürmək istəyirlər, ayda da 10 min dollar kirayə pulu verəcəklər, məsləhətdi, evi verəsən onlara. Dedim, Akif müəllim, qətiyyən razı deyiləm, böyük yazıçımız Mir Cəlalın sözü ilə desək, itə ataram, amma yada satmaram.

Bir az keçdi, yenə zəng elədi: «Məsləhətdi, sən o evi verəsən amerikalılara. İstəyirsən sənə ayrı torpaq sahəsi ayırarıq, orda ev tikdirərsən». Dedim, Akif müəllim, xətrinizi istəyirəm, amma qətiyyətlə deyirəm, evdə özüm yaşayacam. Qısası, vermədim.

Həmin vaxt Bakıda Türkiyə səfirliyi Bəstəkarlar İttifaqının ikinci mərtəbəsində darısqal bir yerdə fəaliyyət göstərirdi. Götürdüm qəzetdə yazdım ki, evimi məmnuniyyətlə pulsuz-filan Türkiyə səfirliyinə bağışlayıram. Nə vaxt özlərinə yeni səfirlik tikərlər, onda da qaytarıb verərlər.

Allaha şükür, sonralar Türkiyə səfirliyi özünə ABŞ səfirliyindən də möhtəşəm, bağlı-bağatlı bir bina tikdi.

Lap yadımdan çıxmışdı həmin illərdə Azərbaycanda ABŞ-ın lom udmuş bir səfiri vardı Rino Harniş, harda bir balaca Azərbaycanın əleyhinə yığıncaq olurdu, ya söz-söhbət olurdu orda peyda olurdu, dəstək olurdu. Özünü az qala Azərbaycanın yiyəsi kimi aparırdı. Heç vaxt onu qəzetdə ABŞ-ın ölkəmizdəki səfiri kimi təqdim etmirdim, həmişə belə yazırdım: «Azərbaycan KP MK-nın 2-ci katibi Rino Harniş dünən Sumqayıtda olub, ya harda olub».

Sovetləri görənlərin yadına düşər, 2-ci katiblər həmişə özlərini hamıdan üstün tutardılar, həmişə də rus olardılar və Rusiyadan təyin edilərdilər.

Bu da belə.

Aqil Abbas(Adalet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar