Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib - Foto

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin yerli bölmələri ilə birlikdə Şəmkir, TovuzSamux rayonları ərazisində “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

PİA.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilmiş tədbirlərdə “Aqroservis” ASC-nin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, polis şöbələrinin nümayəndələri, fermerlər və biçin işləri aparan texnika sahibləri iştirak ediblər.

Tədbirlərdə taxıl yığımı və ot tədarükü, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan düzgün istifadə qaydaları əyani nümayiş etdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar