Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

1-4 dekabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş sənəti üzrə uşaq, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında 3-cü dünya çempionatı keçirilib...

Fövqəladə Hallar Nazirliyindən PİA.az-a verilən xəbərə görə, 21 ölkədən 450-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycan Alpaqut milli yığma komandası 31 idmançı ilə iştirak edərək Alpaqut Turan döyüş sənətinin 5 (ayça, batur, caymaz, qurşaq, kaçut) sistemi üzrə mübarizə aparıb. Azərbaycan Alpaqut milli yığma komandasının üzvləri, FHN-in əməkdaşları Xüsusi Riskli Xilasetmə Xidmətinin daxili xidmət çavuşu Nurlan Kərimov və Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komendantı, daxili xidmət baş çavuşu Tural Useynov yarışda yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, Nurlan Kərimov 85 kq çəki dərəcəsində qurşaq sistemi üzrə, Tural Useynov isə +85 kq çəki dərəcəsində batur sistemi üzrə 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olublar. Qaliblər çempionatın medal və diplomları ilə təltif ediliblər. Nurlan Kərimov Alpaqut Turan döyüş sənəti üzrə üçqat dünya, ikiqat Avrasiya, Tural Useynov isə ikiqat dünya və üçqat Avrasiya çempionlarıdır.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək əldə edilmiş nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Dünya çempionatında ümumi komandaların nəticələrinə əsasən, Türkiyə millisi 1-ci, Azərbaycan millisi 2-ci, İraq millisi isə 3-cü yerə layiq görülüb.

Fotolar

pia.az


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Ən çox oxunanalar