Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Bağırovun «Lokomotiv» məcaraları

DMHİRK sədri İstirahət Mərkəzinin hesabına iki villaya sahib olub


Ötən günlərdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırovla bağlı məlumat vermişdik.

Verilən məlumatlarda vurğulanırdı ki, keçmiş rəis Arif Əsgərovla çox yaxşı münasibətdə olan Bağırov, onun sayəsində bir sıra iri işlər görərək, ciddi məbləğlərdə qazanclar əldə edib.

Qeyd olunurdu ki, təkcə «Lokomotiv» İstirahət Mərkəzinin sayəsində əldə olunan gəlirlər Bağırova iki villa qazandırıb. Jam.az-ın bununla bağlı apardığı araşdırmalar zamanı məlum olub ki, 2008-ci ildə “Lokomotiv” istirahət mərkəzi inşa olunduğu zaman, tikinti xərclərini şişirdərək külli miqdarda dövlət vəsaitini mənimsəyən Fəzail Bağırov mənimmsədiyi vəsait hesabına iki villa tikdirib və oğlanları Ruslan və Aqil Bağırovların adına həmin villaları sənədləşdirib. 

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırov Xaçmaz rayonunun Nabran qəsəbəsində dəmiryolçular üçün inşa edilmiş “Lokomotiv” istirahət mərkəzini xarababazara çevrib. Bu barədə bir neçə dəmiryolçu bildirir ki, Fəzail Bağırov dövlətin milyonlarla manat vəsaiti hesabına tikilən istirahət mərkəzini öz şəxsi obyektinə çevrib. 

Belə ki, dəmiryolçular bildirir ki, DMHİRK sədri Fəzail Bağırov “Lokomotiv” istirahət mərkəzinə heç bir dəmiryolçu pul vermədən “putyovka” ala bilmir. Hətta qan bahasına satılan “putyovka”lar belə dəmiryolçuların istirahəti üçün yaramır. Çünki xaricdən gözəl görünsə də, Lokomotiv” istirahət mərkəzinin içərisi xarabalığı xatırladır. Bunun şahidi olmaq istəyən hər kəs “Lokomotiv” istirahət mərkəzinə gedib hər şeyi öz gözləri ilə görə bilər. 

Şikayətçilər qeyd edir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ayırdığı vəsaitləri mənimsəyən Fəzail Bağırov “Lokomotiv” istirahət mərkəzində dəmiryol vaqonlarında istifadə olunan yataq dəstlərindən yararlanır. Belə ki, istirahət mərkəzinin bütün otaqlarında məhz bu yataqlardan istifadə olunur ki, bu da komfortlu istirahət mərkəzi kimi nəzərdə tutulan “Lokomotiv” istirahət mərkəzinin reytinqinə ciddi xələl gətirir. 

Dəmiryolçular iddia edirlər ki, hələ 2008-ci ildə “Lokomotiv” istirahət mərkəzi inşa olunduğu zaman, tikinti xərclərini şişirdərək külli miqdarda dövlət vəsaitini mənimsəyən Fəzail Bağırov həmin vəsait hesabına iki villa tikdirib və oğlanları Ruslan və Aqil Bağırovların adına həmin villaları sənədləşdirib. 

Bilgilərdə o da vurğulanır ki, hazırda vətəndaş nikahında olduğu və “Azərbaycan Dəmir Yolları” QSC-nin Yol Təsərrüfatı İdarəsində baş mühasib çalışan Həcər Məmmədovaya Hökməlidə dəyəri milyon manatdan artıq olan villa tikdirib.Həmçinin məlumatı verən mənbələr bildirir ki, Həcər Məmmədova ilə Fəzail Bağırovu böyük maliyyə maxinasiyaları bağlayır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar