Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fevral ayında Rusiyanın neft-qaz gəlirləri iki dəfəyə qədər azalıb

Ötən ay Rusiyanın neft və qazdan vergi gəlirləri 521 milyard rubl təşkil edib ki, bu da 2022-ci ilin fevral göstəricilərindən 46 faiz azdır…

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Agentliyi Rusiya Maliyyə Nazirliyinin cümə günü yayımladığı statistikaya istinadən məlumat yayıb. Bu statistikaya əsasən Rusiyanın neft və qaz gəlirləri illik müqaisədə fevral ayında təxminən iki dəfə azalıb.

Agentliyin hesablamalarına görə, ötən ay enerji daşıyıcılarından vergi daxilolmalarının üçdə ikisindən çoxunu təşkil edən neft və neft məhsullarından əldə olunan gəlirlər 48% azalaraq 361 milyard rubl olub.

Bloomberg analitikləri hesab edirlər ki, Rusiyanın neft-qaz gəlirlərinin kəskin azalması Rusiyanın “Urals” neft markasının “Brent” marka ilə müqayisədə satılan diskontların geniş miqyaslı artması ilə əlaqədardır. Diskontun artması isə öz növbəsində Aİ və G7-nin Rusiya neftinin və neft məhsullarının dəniz ixracı ilə bağlı məhdudiyyətlərinin qüvvəyə minməsinin nəticəsidir.

“Urals”ın real satış qiymətləri mübahisə mövzusudur, lakin Bloomberg onları bir il əvvəlki səviyyələrin yarısından bir qədər çox qiymətləndirir.

Qaz gəlirləri fevral ayında təxminən 42% azalaraq 161 milyard rubla qədər azalıb. Səbəb “Qazprom”un Avropaya tədarükünün minimuma düşməsi və qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsi səbəbindən ixrac rüsumlarından daxilolmaların azalmasıdır.

Eyni zamanda, faydalı qazıntıların hasilatına vergidən əldə edilən gəlirlər isə “Qazprom” üçün vergitutmanın müvəqqəti artışı sayəsində illik 86% artaraq 121 milyard rubla çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Ən çox oxunanalar