Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şəfiyev: “Ölkədə erməni dilli mütəxəssislərə böyük ehtiyac var"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mətbuat konfransı keçirilib

Mətbuat konfransında çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Mərkəz artıq xarici tərəfdaşları ilə bir neçə memorandum imzalayıb və əməkdaşlığı genişləndirmək niyyətindədir.

Onun sözlərinə görə, Mərkəzin başlıca hədəflərindən biri Azərbaycanla, əsasən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmaların sayını artırmaqdır.

F. Şəfiyev deyib ki, erməni dilli mütəxəssislərə ölkədə böyük ehtiyac var və Mərkəzdə ermənişünaslıq bölməsinin açılması planlaşdırılır: “Bəzi ali təhsil müəssisələrində erməni dilinin tədris edilməsinə baxmayaraq, erməni dilli mütəxəssislərlə bağlı vəziyyət hazırda qənaətbəxş deyil. Araşdırmalar zamanı dili bilən mütəxəssislərə ehtiyac duyulur”.

İdarə Heyətinin sədri qeyd edib ki, Mərkəzin fəaliyyətinə könüllülər və təcrübəçilər də cəlb ediləcək, həmçinin xarici mütəxəssislərə təqaüdlərin verilməsi də nəzərdə tutulur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sahəsində araşdırmalar lazım olan standartlara cavab vermir. Mərkəzin başlıca məqsədlərindən biri məhz bu münaqişə ilə bağlı yüksək səviyyəli araşdırmalar aparmaqdır. Bu mərkəzi açıq bir platforma kimi görürəm. Biz ölkədə mövcud olan digər düşüncə mərkəzləri ilə də əməkdaşlıq etmək istəyirik”, – F. Şəfiyev vurğulayıb.

Mətbuat konfransında həmçinin Mərkəzin yeni loqosu – “AİR Center” təqdim olunub. Bildirilib ki, Mərkəz loqoda qeyd olunan “AİR Center” adı ilə dünyada tanınmağı hədəfləyir.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu il fevralın 6-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar