Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərid Şəfiyev Gürcüstanda Naxçıvan dəhlizi ilə bağlı narahatlıqlara münasibət bildirib

“Bölgədə daha geniş regional əməkdaşlıq üçün imkanlar yaranıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Gürcüstanın “Sərhədyanı zona” təşkilatının “Cənubi Qafqaz: yeni çağırışlar və yeni imkanlar” mövzusunda onlayn formatda keçirilən konfransında deyib.

O, çıxışı zamanı bu məsələ ilə bağlı yaranan bəzi narahatlıqlara münasibət bildirib:

“Bəzi gürcü ekspertlər düşünürlər ki, Naxçıvan dəhlizinin işə düşməsindən sonra Gürcüstanın bölgədəki rolu kiçiləcək. Mən belə hesab etmirəm. Daşınan yüklərin həcmi azala bilər, lakin burada Azərbaycandan Gürcüstan və Türkiyəyə istiqamətlənən enerji layihələrinin əhəmiyyətini vurğulamaq istərdim. Bu layihələr ən azı növbəti 20 il ərzində fəaliyyət göstərəcək. Bununla yanaşı, Bakı-Tbilisi-Qars layihəsinə də tələbat yüksək olacaq”.

F.Şəfiyev qeyd edib ki, İranın da regional rolunun zəifləyəcəyinə dair narahatlıqlar yaranıb: “İran Bayden administrasiyası ilə öz məsələlərini həll edərsə, “Şimal-Cənub” dəhlizindən istifadə edə bilər. Hesab edirəm ki, nəqliyyat layihələrinin imkanları onların ətrafında yarana biləcək narahatlıqlardan daha çoxdur”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar