Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: “Vardanyan Qarabağda uğur qazanmamalıdır” - Müsahibə

Qrabağda separatçıların “referendum” keçirməsi Azərbaycanın “qırmızı xəttininin” həm Rusiya tərəfindən, həm də Ermənistan tərəfindən tapdalamış olacaq…

“Dünən cənab Prezident ilk dəfə Vardanyanın soyadını qeyd etdi və onu birbaşa olaraq Rusiya ilə bağladı”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov separatçıların keçirmək istədikləri “referendum”un nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi “Hraparak” qəzetinin yaydığı məlumata görə, separatçılar dekabrın 22-də rus hərrbiçilərin nəzarətində olan ərazidə “referendum” keçirmək planlaşdırır. Görünən odur ki, Qarabağdakı ermənilər 2025-ci ilə qədər, yəni rus sülhməramlılarının çıxarılmasına qədər bir sıra təxribatlara əl atmaq fikirindədirlər. Onlardan biri də məhz bu “referendum” ola bilər. Çünki Qrabağda separatçıların “referendum” keçirməsi Azərbaycanın “qırmızı xəttininin” həm Rusiya tərəfindən, həm də Ermənistan tərəfindən tapdalamış olacaq.

Ermənistanın havadarı Rusiya ilə birlikdə Azərbaycana qarşı hazırladıqları növbəti “referendum” təxribatını PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Rusiya çalışır ki, hakimiyyətin “konstitusion” yolla Arayik Arturyandan Ruben Vardanyana keçməsini təmin etsin”.

PİA.az siyasi-şərhçi Fərhad Məmmədov ilə olan qısa müsahibəni oxucularının diqqətinə çatdırır:

- Fərhad bəy, suveren Azərbaycan ərazisində Rusiya sülhmərramlılarının separatçıların “referendum” keçirmək cəhdlərini necə dəyərləndirərdiz? Sülhməramlıların belə bir “referendum”un keçirilməsinə imkan vermələri Azərbaycan suverenliyinə qəsd deyilmi?

- Bəli, separatçılar rus hərrbiçilərin nəzarətində olan ərazidə “referendum” keçirmək planlaşdırır. Ümumiyyətlə, “referendum” haqqında fikrilər Qarabağ erməniləri daxilində əvvəldən var idi. Amma “referendum”un vaxtı 2023-2024-vü illərə təyin olunmuşdu. Lakin sülh sazişi ilə bağlı olan məsələlər surətləndikcə, “referendum”un keçirilməsi vaxtı önə atıldı.

Görünən odur ki, Ermənistan Xankəndində də müəyyən plan üzrə fəaliyyət göstərir. Bu planın məqsədi “referendum” keçirib “konstitusiyaya” dəyişikliklər etmək və orada separatçlların qurduğu qondarma hakimiyyəti super prezidentlikdən prezident-parlament sisteminə dəyişməkdir. “Referendum”un əsas məqsədi budur. Vardanyanın Qarabağa gəlməsi iləsə vəziyyət bir qədər dəyişdi və indi “referendum”u tezləşdirməyə çalışırlar. Yəni Rusiya çalışır ki, hakimiyyətin “konstitusion” yolla Arayik Arturyandan Ruben Vardanyana keçməsini təmin etsin.

Fərhad Məmmədov: “Birbaşa “referendum”un sülh prosesinə təsirlərindən danışarsaq, bəli, bu addım Azərbaycan tərəfindən yeni hərbi əməliyyatın keçirilməsini zəruri edə bilər və bəlkə də bu yeni əməliyyat sülh müqaviləsinin bağlanmasını sürətləndirən faktora çevrilə bilər”.

Rusiya “Vardanyan planı”nı işə salaraq Azərbaycan tərəfinə təzyiqlər etməyə çalışır. Əlbəttə ki, Qarabağda Azərbaycan hakimiyyətinin razılığı olmadan və Azərbaycan qanunvericiliyinə uyğun olmayan “referendum”un keçirilməsi ölkəmizin süvernliyinə və ərazi bütövlüyünə qəsddir. Düşünürəm ki, rəsmi Bakı heç bir halda bu “referendum”un keçirilməsinə imkan verə bilməz. Hətta müharibə bahasına olsa belə.

- Belə bir “referendum”un keçirilməsi sülh prosesinə necə təsir edəcək? Ümumiyytlə belə bir “referendum” yeni müharibə təhlükəsi yarada bilərmi?

- Sülh danışıqları alınsa da, alınmasa da, bu istiqamətdə Qarabağda addımların atılması vacibdir. Ələxsus AzərbaycanLaçın dəhlizi”ndə giriş-çıxışın nəzarətinə keçməsinə çalışmalıdır. Göründüyü kimi, bunun üçün Azərbaycanın əlində kifayət qədər resurslar var. Azərbaycan öz xəbərdarlıqlarını da ən yüksək səviyyədə edib. Hesan\b edirəm ki, ilin sonuna qədər gözləmək lazımdır. Çünki sülh prosesi üzərində təkcə Rusiya şalışmır. İndi əsas təşəbbüs Vaşinqtonun və Brüsselin əlindədir. Ona görə də bu təşəbbüslə bağlı nəticələri gözləmək lazımdır.

Sülh sazişi ilə bağlı məsələlər aydınlaşandan sonra Azərbaycan Qarabağla bağlı da hərəkətə keçəcək. Bu hərəkətlərin struktur layihələri ilə yekunlaşması, yaxud da hərbi komponentdən də istifadə edilməsi sülh prosesində əldə olan nəticələrdən asılı olacaq.

Birbaşa “referendum”un sülh prosesinə təsirlərindən danışarsaq, bəli, bu addım Azərbaycan tərəfindən yeni hərbi əməliyyatın keçirilməsini zəruri edə bilər və bəlkə də bu yeni əməliyyat sülh müqaviləsinin bağlanmasını sürətləndirən faktora çevrilə bilər.

Fərhad Məmmədov: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hərbi əməliyyatlar istisna olunmur”.

- Əgər belə bir referendum reallaşarsa, Azərbaycan Rusiya sülhmərramlılarının çıxarılmasını tələb etməsi doğru olmazmı?

- Dünən cənab Prezident ilk dəfə Vardanyanın soyadını qeyd etdi və onu birbaşa olaraq Rusiya ilə bağladı. Bu artıq açıq mesajdır ki, Qarabağ ermənilərinin subyektikliyini artırmaq, yüksəltmək istiqamətində Rusiyanın planı işə düşüb. Azərbaycan da bundan xəbərdardır. Azərbaycanın hansı addımları atması ilə bağlı müxtəlif versiyalar ola bilər. Çünki seçim imkanı genişdir. Lakin bütün halalrda Vardanyan Qarabağda uğur qazanmamalıdır. O orada nə iqtisadi, nə siyasi, nə də digər sahələrdə uğur qazanmamalıdır və gəldiyi kimi də peşiman şəkildə yola salınmalıdır. Azərbaycanın əsas məqsədi budur.

Qarabağdakı separatçıların fəaliyyətini məhdudlaşdırmaq üçün Azərbaycanın kifayət qədər resursları mövcuddur. Məsələn Ermənistandan Azərbaycana gələn infrastrukturların kəsilməsi və sülhməramlıların nəzarətində olan ərazilərin Azərbaycanın elektrik, qaz və internet xəttlərinə bağlanmasını misal gətirmək olar. Eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə hərbi əməliyyatlar da istisna olunmur. Sadəcə ilin axırına qədər gözləmək və Rusiya ilə Ermənistanın atacağı birgə addıları izləmək lazımdır. Ondan sonra Azərbaycan hərəkətə keçərək öz sözünü deyəcək.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay